Azərbaycanda yeni avtomobil icad edildi - 100 KM-Ə 2 LİTR YANACAQ

APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara rayonunun Şiyəkəran kənd sakini olan Ceyhun Babayev yükün daşınması üçün nəzərdə tutduğu maşını 6 ay müddətində ərsəyə gətirib.
Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub. Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Müasir standartlara cavab verən maşın dizel yanacağı ilə işləyir: "Təsərrüfat yerlərimiz yolsuzluq şəraitində yerləşdiyi üçün belə maşın yığmağa başladım. Əsasən təsərrüfat üçün nəzərdə tutulub. 100 km-ə 2 litr yanacaq yandırır. Uzunluğu 4 metrdir. 5 metrə qədər uzada bilərəm, eni də 1.60 m-dir".
Ceyhun Babayev maşının hazırlanmasında “VAZ” markalı bir neçə avtomobilin ehtiyat hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özü görüb.
Bu, süjetimizin qəhrəmanının gördüyü ilk belə iş deyil. Ceyhun Babayev bundan əvvəl “Muravey” markalı motosikletin mühərrikinə dəyişiklik edərək onun dizel yanacağı ilə işləməsini təmin edib.
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA











