Azərbaycanın fövqəladə hallar atlası hazırlanacaq - VİDEO

Azərbaycanın fövqəladə hallar atlası hazırlanacaq. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən iş aparılır. Həmin atlasda ölkə ərazisində baş verə biləcək həm təbii, həm də texnogen fövqəladə hallar və onun qarşısını almaq üçün nələri etməyin mümkün olduğu qeyd ediləcək.
Avtosfer.Az xəbər verir ki, sellər, vulkan püskürmələri, sürüşmələr, o cümlədən ölkəmizdə fövqalədə hala səbəb ola biləcək qurğu və avadanlığların sıradan çıxması kimi bütün hadislərin qeyd edildiyi atlas yaradılacaq. Hətta ''Fövqəladə Hallar Atlasında'' bu hadislərinn qarşısını almaq üçün atıla biləcək addımlarda qeyd ediləcək...
Bunun üçün artıq bir çox nazirliklərində daxil olduğu redaksiya heyyəti formalaşdırılıb və yol xəritəsi hazırlanıb. Bu barədə Xəzər Xəbərə Elmlər Akademiyasının geologiya və geofizika instunun əməkdaşı və Fövqəladə Hallar Atlasının yaranması üzrə təşkilat qurupunun üzvü Tariyel Hüseynov məlumat verib.
''Azərbaycanın Fövqəladə Hallar Atlası''-nın iki hissədən ibarət olması planlaşdırılır. Birinci hissədə təbi səbəblərdən baş verə biləcək fövqəladə hallar, ikinci hissədə isə texnogen səbəblərdən baş verə biləcək fövqəladə hallar öyrəniləcək. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan maksimum qorunmasıdır.Tariyel Hüseynovu sözlərinə görə bu nəşrdə xüsusi ilə Mingəçevir və digər su anbarlarının vəziyyətibarədə məlumat veriləcək və orada mütəmadi monitorinqlər həyata keçirilcək.
Qeyd edək ki, maliyyə vəsaiti ayrılarsa belə bir atlasın yaradılması 3 il ərzində mümkün olacaq. Artıq Rusiya , Qazaxıstan, Belarus və Ukrayna kimi ölkələrdə belə Atlaslar mövcuddur.
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi











