Bakıda benzin fırıldaqçısı yaxalandı - Görün nə edirmiş

Novruz bayramı gecəsi Bakıda zavoda məxsus yanacaq borusunu xüsusi alətlə deşən şəxs tutulub. Martın 20-si saat 04 radələrində 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə xüsusi alətlə deşərkən, həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən tutulub. Dərhal əraziyə polis çağırılıb və o, Xətai RPİ-nin əməkdaşlarını təhvil verilib. Bildirilir ki Nizami Həmdəmov əvvəllər də həmin zavoddan külli miqdarda benzin oğurlayıb. Belə ki, 2009-cu ildə N.Həmdəmov və bir neçə nəfər şəxslə əlbir olaraq Bakı Neft Emalı Zavodunun 7-ci sexində yerləşən benzin borusundan NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən “FF Company”-yə məxsus obyektə yeraltı yollarla boru xətti çəkərək külli miqdarda benzin oğurlayıb. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Həmdəmovdan başqa dəstənin digər üzvləri tutulub. N.Həmdəmov isə bir müddət sonra yaxalanıb. İllər sonra azadlığa çıxan həmin şəxs eyni yolla yenidən oğurluq əməli törətməyə çalışıb.lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












