Bakıda ev qiymətinə telefon nömrələri satılır - FOTO

Son zamanlar mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.
Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.
Avtosfer.az "Yeni Sabah"a istinadla xəbər verir ki, təqdim olunan elanlar arasında ən bahalı təkliflər sırasına 120 000 manatlıq qiymətlə "(050) 666-66-66" və "(051) 555-55-55" nömrələri rəhbərlik edir. Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur.
Diqqət çəkən digər yüksək qiymətli elanlar isə aşağıdakılardır:
(050) 288-88-88 nömrəsi üçün satıcı 85 000 manat tələb edir.
(051) 900-00-00 nömrəsi isə 72 000 manata alıcı axtarır.

Bir çoxları bu cür "qızıl" nömrələrin dəyərini onların yaddaşda asan qalması və müəyyən biznes və ya status göstəricisi sayılması ilə izah edirlər.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












