Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi

Bakıda qəribə hadisə baş verib. Küçədə ölən “bomj”un arxasınca son model “Audi” avtomobilində gəliblər.
Avtosfer.az Sputnik.az-a istinadla xəbər verir ki, mayın 24-də Nərimanov rayonunun 18-ci Polis İdarəsinin ərazisində küçədə yaşayan kimsəsiz şəxsin meyiti tapılıb. Yaşlı “bomj” Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Quliyev Adil İbrahim oğlu olub. Yaşlı kişi “hostel” deyilən yerdə ölüb. Kişi günə 2-3 manat verərək həmin yerdə yaşayırmış.
Məlumata görə, Nərimanov rayonunda yaşayan qadın evinin həyətində it damına bənzər kiçik otaqlar tikdirib və həmin otaqları günü 2-3 manat müqabilində “Yaşıl bazar”da işləyənlərə və evsizlərə verir. Həmin evlərdə hətta bomjlar da gecələyirlər.
Hüquq-mühafizə orqanlarının işçiləri deyir ki, bu hostel bir çox insanın son sığınacağı olub. Onları çox zaman buradan Patoloji Anatomiya Birliyinə (morqa) aparılırlar.
Quliyev morqa çox pis halda gətirilib. Üst başı çirk içində olub. Hətta iydən cəsədə yaxın düşmək olmayıb. Paltarları meyitin üzərindən çıxarılandan sonra cəsəd yuyulub, daha sonra yarılıb. Müayinələrdən sonra məlum olub ki, bomj qara ciyər serrozundan ölüb.
Morq işçilərini heyrətləndirən isə mayın 25-də baş verən səhnə olub. Səhəri gün morqa 150 min manatlıq qiyməti olan “Audi” markalı avtomobil ilə bir kişi gəlib. O, işçilərə özünü təqdim edərək Quliyev Adilin oğlu olduğunu deyib. O, dəfn etmək üçün atasının meyitini aparmağa gəlib.
“Audi” sürən imkanlı oğul taleyini işçilərə danışaraq deyib ki, 11 yaşı olanda atası onu uşaq evinə verib. Atası qumar oynayırmış, spirtli içki düşkünüymüş. Bir gün övladlarından da imtina edərək “bomj” həyatını yaşamağa başlayıb.
Uşaq evində yaşayan şəxs üçün karyera qurmaq heç də asan deyil. Amma Quliyevin 40 yaşlı oğlu bütün çətinliklərə sinə gələrək biznesdə uğur qazana bilib. Hətta imkanlı oğul morqda olan zaman da telefonları susmayıb.
Bu da tale. Quliyev haradan biləydi ki, vaxtilə imtina etdiyi 11 yaşlı oğlu 30 ildən sonra onu son mənzilə yola salacaq…
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












