Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO

Paytaxtda satışa çıxarılan və xarici görnüşü ilə diqqət çəkən avtomobillərdən biri də “Brabus” üslubunda yığılmış "Suzuki Jimny" modelidir.
Avtosfer.az xəbər verir ki, ilk baxışdan bir çoxları bu avtomobili “Galenvagen” (G-Class) tipli “Brabus” kimi qiymətləndirir. Üzərindəki loqo, radiator barmaqlığı və aqressiv dizayn elementləri də bunu deməyə əsas verir. Lakin avtomobilə yaxından baxdıqda onun əslində “Brabus” deyil, xüsusi üslubda yığılmış “Suzuki” olduğu məlum olur.
Söhbət 2023-cü il istehsalı olan “Suzuki Jimny” modelindən gedir. Avtomobil tam şəkildə “Brabus” üslubunda modifikasiya edilib. Xarici görünüşündə emblemlər, işıqlandırma elementləri və digər detallarda dəyişikliklər aparılıb. Lakin texniki göstəricilər baxımından model öz orijinallığını qoruyur.
Avtomobil 4 silindrli mühərriklə təchiz olunub. Mühərrikin gücü 101 at qüvvəsidir. Maksimal sürəti 180 km/saat təşkil edir. Daimi tam ötürücü sistemi (4x4) mövcuddur ki, bu da onu yolsuzluq şəraitində daha çevik edir. Dağ və çətin relyef üçün ayrıca idarəetmə sistemi də nəzərdə tutulub.
Ölçülərinə gəldikdə isə avtomobilin uzunluğu təxminən 3 metr 62 santimetr, eni 1,75 metrdir. Yanacaq çəninin həcmi 40 litrdir. Model iki qapılıdır, arxa hissədə isə əlavə oturacaqlar mövcuddur.
İnteryer hissədə isə “Brabus” üslubuna uyğun vizual dəyişikliklər edilsə də, əsas konstruksiya “Suzuki” olaraq qalır. Salon sadə və funksionaldır. Start-stop sistemi mövcud deyil. Ötürmələr qutusu və yolsuzluq idarəetməsi modelin əsas üstünlüklərindəndir.
Avtomobilin satış qiyməti 52 000 manat olaraq göstərilir.
Qeyd edək ki, model ölçülərinə görə kompakt seqmentə aid olsa da, dizayn baxımından “Galenvagen” üslubunu xatırladır. Videolarda və fotolarda daha möhtəşəm təsir bağışlasa da, real ölçüdə kifayət qədər yığcam avtomobildir.
Beləliklə, xarici görnüşü ilə “Brabus”, texniki baxımdan isə “Suzuki” olan bu model fərqli üslub axtaran avtomobil həvəskarları üçün maraqlı seçim sayıla bilər.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












