Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu - VİDEO

Paytaxtın mərkəzi küçəsində ikinəfərlik elektrik avtomobili ilə hərəkət edən vətəndaş sürücülərin diqqətini cəlb edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir iki, bu barədə videogörüntü paylaşılıb.
Qeyd olunub ki, hərəkətin intensiv hərəkət etdiyi Rəşid Behbudov küçəsində vətəndaşlardan biri "Renault Twizy" markalı, dövlət nömrə nişanı olmayan elektrik avtomobili ilə hərəkət edib. O, hərəkətini həm avtobus, həm də ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarla davam etdirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli açıqlamasında bildirib ki, mövcud qanunvericilikdə yüngül kvadrisikl və kvadrisikl mexaniki nəqliyyat vasitəsi hesab olunur və bu tip nəqliyyat vasitələri dövlət qeydiyyatına alınır.
"Bununla yanaşı sözügedən nəqliyyat vasitələrinin idarə edilməsi üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi də tələb olunur. Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də qanuna müvafiq tədbirlər görülür", - deyə T.Nəsirli bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












