Belə yollarda sürücülər yalnız sağ işıqfora baxmalıdır – Sürücülərə TÖVSİYƏ

Son vaxtlar yol hərəkətində yeni sürücülük hüququ əldə edənlərin yol verdiyi tipik səhvlərdən biri də işıqforların düzgün oxunmaması ilə bağlıdır. Bu hal xüsusilə çoxzolaqlı və paralel hərəkətin olduğu yollarda təhlükəli vəziyyətlər yaradır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məsələ ilə bağlı bildirib ki, bir çox sürücülər hansı işıqforun onlara aid olduğunu dəqiqləşdirmədən hərəkət edirlər. Onun sözlərinə görə, sürücülər bəzən sağdakı deyil, soldakı işıqfora baxaraq qərar verməyə çalışırlar ki, bu, səhv addımdır.
“Moped və motosikletlə oyuncaq kimi davrandıqları üçün qəzalar artır” - EKSPERT
Aqil Rəhimov vurğulayıb ki, sürücü üçün əsas istiqamət sağ tərəfdə yerləşən işıqfordur və hərəkətə məhz həmin işıqforun yaşıl işığı yandıqda başlamaq lazımdır. Soldakı işıqfor isə paralel yolda hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulur və birbaşa həmin sürücüyə aid deyil.
Məşqçi qeyd edib ki, bu qaydanın düzgün bilinməməsi tələskənliyə, çaşqınlığa və nəticədə yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Onun fikrincə, yeni sürücülər yol hərəkəti qaydalarını yalnız əzbərləməklə deyil, praktik məntiqini anlayaraq tətbiq etməlidirlər.
Aqil Rəhimov sürücüləri diqqətli olmağa və işıqforlara düzgün yanaşmağa çağıraraq bildirib ki, təhlükəsiz yol hərəkəti ilk növbədə düzgün müşahidədən və doğru qərardan başlayır.
Eltac Zülfüqaroğlu
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA











