Benzini əvəz edə biləcək yeni yanacaq hazırlanıb – Mühərrikdə dəyişiklik tələb etmir

Avropa İttifaqının 2035-ci ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını dayandırmaq planı fonunda İsveçrədən diqqətçəkən texnoloji yenilik təqdim olunub. Alimlər yenilənə bilən xammaldan əldə edilən spirti ənənəvi benzinə çevirməyə imkan verən yeni üsul hazırlayıblar.
Avtosfer.az xəbər verir ki, İsveçrənin Gota Energy şirkəti tərəfindən hazırlanmış yeni kimyəvi texnologiya sayəsində spirt əsaslı xammal mühərrikdə heç bir dəyişiklik edilmədən istifadə oluna bilən sintetik maye yanacağa çevrilir.
Bildirilir ki, yeni yanacağın əsas üstünlüyü onun mövcud benzin mühərrikli avtomobillərdə mühərrik və ya yanacaq sistemində hər hansı texniki dəyişiklik aparılmadan birbaşa istifadə edilə bilməsidir.
Laboratoriya sınaqlarına əsasən, hazırlanan sintetik yanacağın oktan göstəricisi 95 təşkil edir. Bu isə onun hazırda yanacaqdoldurma məntəqələrində satılan AI-95 markalı benzinlə müqayisə oluna biləcək göstəricilərə malik olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya sayəsində sürücülərin daha ekoloji avtomobil əldə etmək üçün yeni nəqliyyat vasitəsi almasına, mühərrikdə dəyişiklik etməsinə və ya yeni infrastrukturun yaradılmasını gözləməsinə ehtiyac qalmır.
Şirkətin açıqlamasına görə, indiyədək sintetik yanacaq istehsalı yüksək enerji sərfiyyatı və mürəkkəb istehsal prosesi səbəbindən bahalı hesab olunurdu. Lakin tədqiqat qrupu xüsusi patentləşdirilmiş katalizator və oliqomerləşmə üsulu tətbiq etməklə istehsal prosesini xeyli sadələşdirib. Bunun nəticəsində həm enerji sərfiyyatı azalıb, həm də yanacağın istehsal dəyəri aşağı salınıb.
Mütəxəssislərin fikrincə, elektrik avtomobillərinin bütün bazarlarda geniş yayılması üçün hələ uzun müddət tələb olunur. Hazırda isə dünyada yüz milyonlarla daxiliyanma mühərrikli avtomobil istismar edilir və onların yaxın illərdə tamamilə sıradan çıxması real görünmür.
Bu baxımdan İsveçrədə hazırlanmış yeni sintetik maye yanacaq mövcud avtomobillərin karbon qazı (CO₂) emissiyalarını azaltmaqla yanaşı, 2035-ci ildən sonra da daxiliyanma mühərrikli avtomobillərdən istifadəni davam etdirmək istəyənlər üçün perspektivli ekoloji alternativ hesab olunur.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












