Beş min ildən sonra ilk dəfə görünən xallı kaftarı çobanlar öldürdü - FOTO

Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar mal-qaraya hücum etdiyi üçün yerli əhali tərəfindən öldürülüb.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, son beş il ərzində Misirin cənub-şərqində yağıntı və bitki örtüyünün miqdarının xeyli artması potensial vəhşi təbiət dəhlizi yaradıb. Bu nadir təbiət hadisəsi Afrikanın şimalında vəhşi heyvanların sayının artmasına müsbət təsir göstərsə də, yerli əhali arasında bunların tanınmaması Misirdə onların yenidən bərpası üçün əhəmiyyətli maneələr yaradır.
Misirdə 5 min il sonra xallı kaftarın görülməsi Şimali Afrikadakı vəhşi təbiət tədqiqatçılarının diqqətini çəkib və onlar bunu heyrətamiz hadisə olaraq qiymətləndiriblər. Alimlər Afrikanın ən təhlükəli yırtıcı heyvanlarından hesab edilən xallı kaftarların bu gözlənilməz qayıdışının iqlim dəyişmələri və ətyeyənlərin diqqətəlayiq uyğunlaşma qabiliyyəti ilə bağlı olduğunu düşünürlər.
Çəkisinin 60 kiloqrama yaxın olması və fərqli səsləri ilə tanınan xallı kaftarlar uzun müddətdir ki, Afrika savannasında üstünlük təşkil etsə də, Misirdəki mövcudluğu qədim tarixlə məhdudlaşıb.
Tədqiqatın aparıcı müəllifi, Əl-Əzhər Universitetindən professoru Adbullah Nagy tapıntı ilə bağlı danışıb: “Mənim ilk reaksiyam qalıqların foto və videolarını yoxlayana qədər inamsızlıq oldu. Sübutları görəndə isə bunun tamamilə gözləmədiyimiz hadisə olduğuna qərar verdim".
Xallı kaftarın öldürülməsi ilə bağlı danışan tədqiqatçı bildirib ki, çobanlara məxsus keçilərin parçalanması səbəbindən yerli sakinlər tərəfindən öldürülən yırtıcının mövcudluğu bölgənin vəhşi təbiət dinamikasını yenidən formalaşdıra biləcək daha geniş ekoloji dəyişikliklərə işarədir.
Professor Adbullah Nagy bu xallı kaftarın səyahətinin insan və vəhşi təbiət qarşıdurması ilə yekunlaşdığına diqqət çəkib: “Ancaq iqlim dəyişmələri bu sürətlə davam edərsə, vəhşi təbiət mütəxəssisləri gözlənilməz heyvan növlərini minlərlə ildir görünmədikləri yerlərdə kəşf etməyə hazırlaşa bilər”.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO








