Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA

Fərdi avtomobilə sahib şəxslərin ən böyük arzularından biri də məhz uzaq məsafələrə səyahət edə biləcək nəqliyyat vasitəsinə sahib olmaqdır. “Daily express” jurnalı uzaq məsafəli səyahətlər üçün ən uyğun avtomobillərin siyahısı açıqlayıb.
Avtosfer.az xəbər verir ki, sürücülər üçün hazırlanan siyahı nəqliyyat vasitələrinin xərc-effektivliyi, yanacaq sərfiyyatı və ümumi istismar rahatlığı kimi meyarlar əsasında tərtib olunub. Maraqlıdır ki, rahatlığı və sürəti ilə seçilən lüks modellərdən fərqli olaraq, bu dəfə siyahının ilk pilləsində şəhər tipli, iqtisadi avtomobil yer alıb.
Araşdırmaya görə, təxminən 17 min funt-sterlinq dəyərində olan “Kia Picanto” uzun məsafəli səfərlər üçün ən uğurlu seçim kimi göstərilib. “Daily Express” nəşrində dərc olunan məlumata əsasən, avtomobil eksperti Lorens Allan bu modelin uğurunu onun əlçatanlığı və sürücülük rahatlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, “Kia Picanto” aşağı yanacaq sərfiyyatı, asan idarəetməsi və parklanma rahatlığı ilə rəqiblərini geridə qoyur.
Siyahıda digər kateqoriyalar üzrə də fərqli modellər yer alıb. Elektrikli avtomobillər arasında “Mercedes-Benz CLA” xüsusilə fərqlənir. Bu model bir dəfə enerji doldurmaqla təxminən 780 kilometr məsafə qət edə bilir ki, bu da uzun səfərlər zamanı dayanacaqların sayını minimuma endirmək istəyən sürücülər üçün üstünlük sayılır.
Ailəvi istifadə üçün isə “Nissan Qashqai e-Power” tövsiyə olunur. 504 litrlik baqaj tutumu və bir yanacaq çəni ilə 1200 kilometrdən çox məsafə qət etmək imkanı bu modeli böyük ailələr üçün praktik seçimə çevirir.
Tədqiqat yalnız avtomobil seçimi ilə məhdudlaşmayıb. Mütəxəssislər sürücülük xərclərini azaltmaq üçün əlavə tövsiyələr də veriblər. Bildirilir ki, yanacaq qiymətləri gün ərzində dəyişir və xüsusilə saat 10:00–14:00 aralığında daha yüksək olur. Bu səbəbdən sürücülərə səhər tezdən və ya axşam saatlarında yanacaq doldurmaq daha sərfəli hesab olunur.
Ekspertlər hesab edirlər ki, düzgün avtomobil seçimi və xərclərin planlaşdırılması uzun səfərləri daha rahat və iqtisadi baxımdan səmərəli edə bilər.
Eltac Zülfüqaroğlu



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












