Bu maşın ən çox sürülən avtomobil kimi dünya rekordu qırdı - FOTO

Avtomobil və onun sahibi arasında möhtəşəm sadiqlik hekayəsi dünya rekordu ilə tarixə düşüb.
Avtosfer.az xəbər verir ki, amerikalı İrv Qordonun 1966-cı ildə aldığı “Volvo P1800S” modeli 52 il ərzində elə bir məsafə qət edib ki, nəticədə odometrdə 5 milyon 246 min 800 kilometr göstərərək tarixdə ən yüksək yürüşlü avtomobil adına sahib olub. Bu göstərici təxminən Aya yeddi dəfə gedib-gəlmək deməkdir. Əksər avtomobillər 200 min kilometrə çatmadan sıradan çıxdığı halda, Qordonun avtomobili həm onun fədakarlığının, həm də Volvo markasının dayanıqlığının simvoluna çevrilib.

İrv Qordonun bu unikal macərası 1966-cı ildə daim nasazlıq verən “Chevrolet”dən bezməsi ilə başlayıb. O, etibarlı avtomobil axtarışında ikən qırmızı “P1800S” modelini seçib və elə ilk həftəsonu avtomobillə 2400 kilometr yol qət edib. Bu isə 52 il davam edəcək bir ehtirasın başlanğıcı olub.
Qordonun avtomobili ilə yürüşü illər keçdikcə rekord həddə çatıb. 1987-ci ildə 1 milyon kilometr, 2002-ci ildə 2 milyon kilometr, 2013-cü ildə isə 3 milyon kilometr həddi keçilib. Volvo şirkəti bu nadir uğuru reklam fürsətinə çevirərək, Qordonu hər mühüm mərhələdə yeni modellərlə — “Volvo 780” və sonradan “XC60” ilə mükafatlandırıb.
Uzunömürlülüyün sirri isə onun avtomobilinə qarşı göstərdiyi xüsusi diqqət və məsuliyyətlə bağlı olub. O, maşını yalnız özü idarə edib, heç kimə verməyib, salonda yemək və içməyə icazə verməyib və ən əsası, istehsalçının tövsiyə etdiyi bütün texniki xidmət cədvəllərinə ciddi şəkildə əməl edib. Qordonun özünün də dediyi kimi: “Sahibinin təlimatını oxuyun və əsas qaydalara diqqətlə əməl edin”.
İrv Qordon 2018-ci ildə vəfat etsə də, onun qırmızı “Volvo P1800S” hələ də fəaliyyətini davam etdirir. 52 ildə qət etdiyi 5 milyon 246 min 800 kilometr məsafə bu gün də əlçatmaz rekord olaraq qalır və avtomobil tarixinə əfsanə kimi düşüb.
Eltac Zülfüqaroğlu
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










