Bu ölkədə avtomobillərin örtüyünü çıxaranları ağır cəza gözləyir - SƏBƏB

ABŞ-nin Oklahoma ştatında qırmızı qoruyucu örtüklə tamamilə bağlanmış yüzlərlə avtomobilin saxlanıldığı ərazi maraq doğurub. Məlum olub ki, həmin avtomobillərin üzərindəki örtüyün çıxarılması və ya onların ərazidən icazəsiz aparılması ciddi hüquqi məsuliyyət yaradır.
Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə saxlanılan avtomobillər sığorta şirkətlərinin qiymətləndirmə və hüquqi araşdırma prosesləri başa çatana qədər xüsusi mühafizə altında saxlanılır.
Məlumata görə, avtomobillərin üzərinə çəkilən qırmızı qoruyucu örtük nəqliyyat vasitələrindəki zədələrin və digər sübutların qorunması, eyni zamanda ehtiyat hissələrinin oğurlanmasının qarşısının alınması məqsədi daşıyır. Ərazi nəzarət altında saxlanılır və icazəsiz girişlərin qarşısı ciddi şəkildə alınır.
Hazırda hüquqi və bürokratik prosedurları davam edən bu avtomobillərə yalnız polis əməkdaşları və sığorta ekspertləri baxış keçirə bilirlər. Qoruyucu örtük həm də avtomobilləri səhra şəraitindəki yüksək temperatur, toz və digər əlverişsiz hava amillərindən mühafizə edir.

Bildirilir ki, ABŞ-də bu cür avtomobillərin saxlanıldığı başqa ərazilər də mövcuddur. Onlardan ən böyüklərindən biri Mojave səhrasında yerləşir. Burada təxminən 10 ildir ki, 350 minə yaxın "Volkswagen" və "Audi" markalı avtomobil açıq havada saxlanılır.
Həmin avtomobillər 2015-ci ildə baş vermiş qlobal emissiya qalmaqalından sonra mühafizə altına götürülüb. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin qəbul etdiyi qərarlara əsasən dayanacaqlara yerləşdirilən bu nəqliyyat vasitələri ilə bağlı hüquqi proseslərin başa çatması gözlənilir.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












