Bu ölkədə sərxoş sürücülərin avtomobili bloklanır

İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək.
Avtosfer.az xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda müəyyən edilmiş spirt miqdarından asılı olacaq: 0,8-dən 1,5 q/l-ə qədər olduqda cihazdan iki il istifadə olunmalıdır. Əgər qanda spirt miqdarı 1,5 q/l-dən çox olarsa, minimum üç il müddətində istifadə məcburidir. Tibbi komissiya daha uzun müddət də təyin edə bilər.
Qaydaların pozulmasına görə nəzərdə tutulan cəzalar xeyli yüksəkdir: 543 avrodan 2 min avroya qədər cərimə və sürücülük hüququnun altı aya qədər (minimum bir ay) məhdudlaşdırılması. Qurğunun dəyişdirilməsi, saxtalaşdırılması və ya tamamilə quraşdırılmaması hallarında cərimələr ikiqat artır. Əgər alkoqol kilidi ilə təmin edilmiş avtomobili idarə edən sürücü yenidən sərxoş vəziyyətdə yaxalansa, cərimə yenidən ikiqat artırılır. Əgər nəticədə yol-nəqliyyat hadisəsi baş verərsə, cərimənin məbləği daha bir üçüncü hissə artır.
İtaliya Avtomexaniklər Federasiyası (Federcarrozzieri) ölkədə istismarda olan köhnə avtomobil parkının, yəni yolların 22%-ni təşkil edən 19 ildən artıq yaşı olan avtomobillərin bu qurğu ilə texniki cəhətdən uyğunlaşmasının çətin olacağına diqqət yönəldib. Bu isə alkoqol kilidinin geniş şəkildə tətbiqində ciddi maneə yarada bilər.
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO











