Bu ölkədə subay qadınlar maşın sürə bilməz - FOTO

2018-ci ildə Türkmənistan avtomobillə bağlı 2 qəribə qadağaya şahid oldu.
Avtosfer.az xəbər verir ki, həmin ildə ilk olaraq qara rəngli avtomobillərlə bağlı qadağa son mərhələyə qədəm qoydu. Ölkədə 10 ilə yaxındır qara rəngli maşın sürməyə icazə verilmir.
Həmin ildə digər qadağa qadınların sürücülük hüququndan məhrum edilməsi oldu. Polis kütləvi sürətdə qadın sürücüləri saxlayaraq idarəyə apardı və onların vəsiqələrini ləğv etdi. Bu qərar dünyada ciddi maraq doğurdu, hətta BMT-nin tədbirində Türkmənistan nümayəndə heyətindən izahat istənildi.
Türkmənistan polisi məsələni belə izah etdi ki, ölkədə çox sayda qadın avtomobili vəsiqəsiz idarə edir. Yol qəzalarının böyük əksəriyyətini qadın sürücülər törədir. Arxadağ (dövlət başçısı – müəl.) daxili işlər nazirinə problemi aradan qaldırmağı tapşırıb.
Əslində real səbəbin nə olduğu bilinmir. Axı necə ola bilər ki, qadın sürücülər bütün türkmən sürücülərin cəmi 1 faizini təşkil etdiyi halda qəzaların böyük əksəriyyətini törətsinlər?
Lakin beynəlxalq tədbirlərdə uzun müddət rişxənd mövzusu olan bu məsələni qapatmaq üçün rəsmi Aşqabad 2022-ci ilin sonlarından etibarən qadınların yenidən sürücülük vəsiqəsi əldə etməsinə icazə verdi. Lakin müəyyən şərtlərlə.
Sürücülük vəsiqəsi almaq istəyən qadının 41 yaşı tamam olmalı, ailəli olmalıdır. Sürücülük məktəbinə digər sənədlərlə yanaşı, nikah haqqında şəhadətnamə və iş yerindən xasiyyətnamə də təqdim edilməlidir. Eynilə 30-cu illərdəki SSRİ və ya indiki Şimali Koreya kimi.
Vüqar


“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












