Bu ölkədə yol polisi əlil sürücünü şərləməyə çalışdı; ifşa EDİLDİ – VİDEO

ABŞ-nin Florida ştatında qeyri-adi yol polisi insidenti ictimai diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, sağ əli olmayan qadın sürücüyə avtomobil idarə edərkən telefon istifadə etdiyi iddiası ilə 116 ABŞ dolları (təxminən 198 AZN) məbləğində cərimə yazılıb.
Qadının vəziyyətini izah edərək, fiziki məhdudiyyəti səbəbindən irəli sürülən ittihamın mümkün olmadığını polis əməkdaşlarına bildirməyə çalışdığı qeyd olunur. Həmin anlar qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük rezonans doğurub.
Hüquqşünasların açıqlamasına görə, cərimə zamanı mövcud qanunun tətbiqində yanlışlıq ola bilər. Bildirilir ki, Florida ştatının yol hərəkəti qaydalarına əsasən, müəyyən zonalar istisna olmaqla, sürücünün sükan arxasında telefonu əlində tutması hər zaman avtomatik qanun pozuntusu sayılmır.
Hadisənin ictimai rezonans doğurmasından sonra mübahisəli cərimə protokolunun məhkəmə tərəfindən ləğv edildiyi bildirilib. Məsələ sosial mediada geniş müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












