Bu populyar bitki sən demə ilanları evə cəlb edirmiş

Quraqlığa dözümlülüyü və rəngbərəng çiçəkləri ilə demək olar ki, hər parkda, bağçada və evdə qarşımıza çıxan Oleander bitkisi haqqında olduqca ciddi bir xəbərdarlıq edilib. Elmi araşdırmalar göstərir ki, bu populyar bəzək bitkisi həm ölümcül ilanlara sığınacaq yaradır, həm də tək bir yarpağı ilə belə insan həyatına son qoya biləcək gücdədir.
Baxımının asanlığı və uzunömürlü olması səbəbindən landşaft memarlığında ən çox üstünlük verilən kol növlərindən biri olan Oleander aparılan son araşdırmalardan sonra qorxulu bir iddia ilə gündəmdədir.
"Times of India" və "Landscape Ecology" jurnallarında dərc olunan məqalələrə görə, bu bitki təbiəti etibarilə geniş, alçaq və son dərəcə sıx yarpaqlara malikdir. Bu sıx bitki örtüsü torpaq səviyyəsində mükəmməl bir kölgəlik və rütubətli mikroiqlim yaradır. Məhz bu məqamda təhlükəli sürünənlər dövrəyə girir:
Temperaturun tənzimlənməsi: "Thermal Biology" jurnalındakı tədqiqatlar ilanların, xüsusilə isti yay günlərində bədən temperaturlarını tarazlaşdırmaq üçün kölgəli sahələrə sığındıqlarını göstərir.
Oleanderin yerə yaxın və sıx kol strukturu, ilanlar üçün yırtıcılardan qoruna biləcəkləri qüsursuz bir gizlənmə və sığınacaq sahəsi formalaşdırır. Yəni bağçanızdakı ilanlar üçün bir növ "lüks otel" rolunu oynayır.
Oleander təkcə ilanları cəlb etmir, özü də müstəqil olaraq güclü bir bioloji silah kimidir. Populyar bəzək bitkisi olmasına baxmayaraq, tərkibində birbaşa ürəyi hədəf alan "oleandrin" və "neriin" adlı son dərəcə güclü toksik qlikozidlər var.
Bu ölümcül toksinlər bitkinin hər yerində mövcuddur, lakin ən yüksək konsentrasiya bitki qırıldıqda ortaya çıxan bulandıq, ağ rəngli şirəsində (lateks) olur. Həmçinin bitkinin qabığında strychnine bənzər "rosagenin" adlı təhlükəli maddə də var.
Oleander yarpağının və ya çiçəyinin təsadüfən udulması; şiddətli ürəkbulanma, qusma, həddindən artıq tüpürcək ifrazı, qarın ağrısı, nizamsız ürək ritmi, halsızlıq, titrəmə, koma, iflic və nəticədə ölümlə nəticələnə bilər.
Bitkidən sızan ağ şirənin dəriyə və ya gözə təmas etməsi ciddi iltihablanmaya, yanmaya, müvəqqəti və ya daimi görmə itkisinə səbəb ola bilər./milli.az/
Yeni yol nişanını görənlər təəccüblənir - Mənası məlum oldu
GPS siqnalları pozula bilər: Sürücüsüz avtomobillər üçün yeni RİSK
Taksi sürücüsündən tıxacda maraqlı hərəkət - VİDEO
“Volqa”dan “BMW”yə: Vəzifəli şəxslərin maşınları bir əsr ərzində necə dəyişdi?
İkinci əl elektromobil alarkən bu detala diqqət edin: Aldadıla bilərsiniz
Qazaxıstana gedənlər belə yoxlanacaq: Azərbaycan vətəndaşlarına təsiri
Azərbaycanda ən çox hansı avtomobillər sürülür? – Rəsmi statistika AÇIQLANDI
Arxa oturacaqda neçə sərnişin otura bilər? – Qanun nə deyir? - VİDEO
Sumqayıtda "məzəli" işıqfor: Hərəkət istiqamətini özün seç - VİDEO - FOTO - YENİLƏNİB
Təyyarədə siqaret qadağandır; bəs külqabı niyə var? – SƏBƏB
Həbsxanadan filmdəkinə bənzər qaçış










