Bu şəhərdə ilk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - Sürəti bu qədərdir… - FOTO - VİDEO

İspaniyanın paytaxtı Madrid-də toplu nəqliyyatda ilk dəfə sürücüsüz elektrik avtobusu sınaq yürüşünə çıxıb.
Avtosfer.az aa.com.tr-a istinadən xəbər verir ki, Layihə Avropa Hərəkətlilik Həftəsi çərçivəsində, şəhərin Casa de Campo parkında təqdim olunub.
12 sərnişin tutumuna malik avtobus, hazırda kiçik bir marşrut üzrə – cəmi 6 dayanacaq arasında hərəkət edir. Normal şəraitdə saatda 40 km sürətlə gedə bilən nəqliyyat vasitəsi, sınaq mərhələsində maksimum 15 km/saat sürətlə hərəkət edib. Onun batareyasının iş müddəti 8-10 saatdır.
Layihənin texniki tərəfdaşlarından olan CTAG Elektronika və Ağıllı Mobillik Bölməsinin direktoru Fransisko Sançes bildirib ki, bu avtobus əsasən qısa məsafələrdə – park, universitet, sənaye zonası kimi ərazilərdə istifadə üçün nəzərdə tutulub:
“Bu, böyük şəhər avtobuslarını əvəz etməyəcək, amma onların gedə bilmədiyi yerlərdə ideal həll ola bilər” – deyə o vurğulayıb.
Hazırkı qanunvericiliyə görə, İspaniyada ictimai nəqliyyat vasitələrinin tam sürücüsüz işləməsinə icazə verilmir. Buna görə də sınaq yürüşündə avtobusda bir “gözetimçi” sürücü də olub.
Madrid rəhbərliyi 2026-cı ildən etibarən belə sürücüsüz elektrikli avtobusları şəhərin müxtəlif hissələrində istifadəyə verməyi planlaşdırır.
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı

















