Bu şəxslər avtomobil idarə edə BİLMƏZ – SİYAHI

Azərbaycan qanunvericiliyinə görə, bəzi tibbi və hüquqi hallarda şəxslərin nəqliyyat vasitəsini idarə etməsinə məhdudiyyətlər tətbiq olunur.
Bəs bu məhdudiyyətlər konkret olaraq hansı halları əhatə edir?
Avtosfer.az məsələnin hüquqi və tibbi aspektlərini təqdim edir:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli, 336 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsi üçün tibbi arayışın forması və tibbi müayinənin keçirilməsi Qaydası”na əsasən, aşağıdakı hallarda vətəndaşlara sürücülük vəsiqəsi verilməsi qadağandır və ya məhdudlaşdırılır:
Epilepsiya, xroniki psixoloji xəstəliklər və şizofreniya: Bu xəstəliklərin aktiv mərhələsində olan şəxslər sürücülük hüququ qazana bilməz.
Ağır kardioloji pozuntular (ürək ritmində ciddi dəyişikliklər) - İdarəetməyə mane ola biləcək qəfil hal dəyişiklikləri təhlükə yarada bilər.
Kəskin görmə zəifliyi və ya korluq: Sürücülük üçün minimum görmə standartları mövcuddur və bu standartlara cavab verməyənlər sükan arxasına keçə bilməz.
Sürətlə irəliləyən sinir sistemi xəstəlikləri (parkinsonizm, skleroz və s.): Avtomobil idarə etmək üçün tələb olunan motor funksiyalarını poza bilər.
Alkoqol və narkotik asılılıq: Tibbi sənədlərlə təsdiqlənmiş alkoqolizm və narkomaniya hallarında sürücülük hüququ verilmir.
Eyni zamanda, tibbi müayinələr yalnız ilkin sürücülük hüququ əldə edilərkən deyil, həm də vəsiqənin müddəti bitdikdə yenidən tələb olunur. Əgər bu zaman qeyd olunan tibbi hallar aşkarlanarsa, sürücülük hüququ bərpa olunmur və ya müvəqqəti dayandırılır.
Hüquqi məhdudiyyətlər
Sərxoş halda avtomobil idarə etmək: Spirtli içki, narkotik və ya psixotrop maddələrin təsiri altında avtomobil idarə edən şəxslər sürücülük hüququndan müəyyən müddətə məhrum edilə bilər.
Yol hərəkəti qaydalarını dəfələrlə pozmaq: Qısa zaman ərzində çoxsaylı qayda pozuntularına görə sürücülük hüququ müvəqqəti dayandırıla bilər.
Avtomobil qəzasına səbəb olmaq və insan həyatına təhlükə yaratmaq: Ağır yol-nəqliyyat hadisəsi törədən şəxslər Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən, 2 ildən 10 ilədək azadlıqdan və ya sürücülük hüququndan məhrum edilə bilərlər.
Məhkəmə qərarı ilə: Məhkəmə müxtəlif səbəblərə görə, o cümlədən ailə münaqişələri və ya cinayət işləri çərçivəsində, sürücülük hüququnun məhdudlaşdırılmasına qərar verə bilər.
Mütəxəssislər bu cür hallarda həm tibbi, həm də hüquqi çərçivənin sərt olsa da, ictimai maraqlara xidmət etdiyini vurğulayır. Sürücülük hüququnu itirməmək üçün vətəndaşlar sağlamlıqlarına diqqət yetirməli və yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər.(bizim.media)
Bu xəstəliklərin varsa, maşın sürə bilməzsən – Dünyada və Azərbaycanda sürücülük QADAĞALARI
“Tesla”nın bateryasının görüntüləri GÜNDƏM OLDU - VİDEO
Bu ölkə məsafədən iş rejiminə keçir - SƏBƏB
Yanacaq sərfiyyatını necə azaltmaq olar? – Sürücülərə TÖVSİYƏ
Merdən ŞOK AÇIQLAMA: Böyük şəhərlərə maşınla girmək tarixdə qaldı
Avtomobilinizin şüşəsindəki bu nöqtələr nə işə yarıyır, bilirsiniz? - ARAŞDIRMA
İndi də növbə motosikletlərə çatdı
Taksilərin üzərindəki bu simvolun mənasını bilirdiz? – ARAŞDIRMA - FOTO
Qar və buzlu yollarda maşındakı bu sistemin aktiv olması qəzaya səbəb olur - ARAŞDIRMA
Motosikletçilər üçün hava yastığı
İki milyarda metro: 15 stansiya, 32 qatar....










