Burak Özçivit Bodruma 5 lüks avtomobilini də apardı – FOTO

Məşhur türk aktyoru Burak Özçivit, həyat yoldaşı Fahriye Evcen və övladları Karan və Kerem ilə birlikdə yay tətilini keçirmək üçün Bodrumun Gümüşlük bölgəsindəki dəniz mənzərəli villalarına köçüblər.
Avtosfer.az xəbər verir ki, avtomobil həvəskarı kimi tanınan Özçivit, bu yay mövsümündə də maşın sevgisini bir daha sübut edib. O, ümumi dəyəri milyonlarla lirə olan 5 lüks avtomobilini və onun üçün hazırlanmış xüsusi istehsal motosikletini yük maşını (çekici) vasitəsilə Bodruma göndərib.
Özçivit ailəsinin lüks həyata bu qədər bağlılığı pərəstişkarları tərəfindən bir o qədər də sevilmir. İzləyicilərdən çoxu Burakın uşaq kimi avtomobillərlə oynadığını yazır.
Burak Özçivitin Bodruma gətirdiyi lüks avtomobillər artıq bölgədəki pərəstişkarların və medianın diqqət mərkəzinə çevrilib. Maşınların markaları hələ rəsmi şəkildə açıqlanmasa da, aktyorun kolleksiyasında Ferrari, Mercedes və Range Rover kimi yüksək dəyərli modellərin olduğu bildirilir. Bundan əlavə, onun xüsusi istehsal motosikleti də avtomobil həvəskarları arasında maraq doğurub.(tribuna.info)

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












