Çəkisi 1300 karatdan çox olan almaz tapılıb - FOTO

Botsvananın şimal-şərqində zərgərlik keyfiyyətinə malik 1 305 karatlıq almaz çıxarılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kanadanın "Lucara Diamond Corporation" mədən şirkətinin rəhbəri Uilyam Lemb məlumat verib. "Almaz bizim tərəfimizdən Karove mədənində əldə edilib. Bu, həmin mədəndə çıxarılan 1 000 karatdan çox çəkisi olan sayca onuncu almazdır", - deyə o bildirib.
Almaz süxurdakı iri daşları müəyyən edən "Mega Diamond Recovery" rentgen qurğusunun köməyi ilə aşkar edilib. Karove mədəni 2012-ci ildə tam istehsal gücünə çatıb. Mədən nəhəngölçülü almazları ilə tanınır. Buradan "Lesedi La Rona" (1 109 karat), "Sewelo" (1 758 karat) və "Motswedi" (2 488 karat) kimi məşhur almazlar çıxarılıb. Botsvana Afrikanın ən böyük almaz istehsalçısıdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













