Cenevrənin avtobus zolaqlarında uğursuz sınaq

Avropada adambaşına düşən nəqliyyat vasitələrinin sayına görə Cenevrə ilk yerlərdə qərarlaşıb. 640 min nəfər əhalisi olan şəhərdə 320 minədək nəqliyyat vasitəsi, o cümlədən 60 minədək motosiklet, 9 mindən çox elektrikli velosiped istismar olunur. Bu siyahıya beynəlxalq təşkilatların balansındakı nəqliyyat vasitələri daxil deyil.
Avtosfer.az xəbər verir ki, Cenevrədə maşın çox olsa da, ifrat tıxaclara rast gəlinmir. Şəhərin ictimai nəqliyyatı tramvay və avtobusdur. Avtobuslar əsasən xüsusi zolaqla hərəkət edir.
2018-ci ildə şəhər bələdiyyəsi hərəkət intensivliyini artırmaq üçün motosiklet və velosipedlərin avtobus zolaqları ilə hərəkət etməsinə icazə verdi. Bir illik təcrübə bütün mənfilikləri üzə çıxardı. Məlum oldu ki, avtobus yoluna daxil olan motisikletlər mənzil başına 2 dəqiqə tez çatsalar da, avtobusların ləngiməsi 20 saniyəni ötür. Üstəgəl, yolun boşluğundan istifadə edən motosiklet sürücüləri sürət rejiminə əməl etmirlər. Buna görə də digər hərəkət iştirakçıları qayda pozmağa məcbur olurlar.
Sonda, bələdiyyə polisin rəyini nəzərə alaraq və qəzaları təhlil edərək təcrübənin davam etdirilməməsinə qərar verdi. Yanvarda başlayan təcrübə sentyabrda ləğv edildi.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












