Çin şirkəti lüks avtomobilinin dözümlülüyünü görün necə sınadı - FOTO
Çinli avtomobil istehsalçısı “BYD” premium sinifdə hazırladığı elektrikli SUV modeli “Yangwang U8L”in dayanıklılığını nümayiş etdirmək üçün qeyri-adi bir test keçirib. Şirkət təxminən 2 ton ağırlığında palma ağacını avtomobilin üzərinə ardıcıl üç dəfə buraxaraq gövdə möhkəmliyini sınaqdan çıxarıb.
Avtosfer.az xəbər verir ki, test zamanı hər düşüşdə avtomobil 50,4 kilocoula qədər zərbə enerjisinə məruz qalıb. Ağacın təkrarlanan ağır təsirlərinə baxmayaraq, “Yangwang U8L”in gövdəsində ciddi deformasiya yaranmayıb, qapılar normal şəkildə açılıb və avtomobilin daşıyıcı sütunlarında əyilmə qeydə alınmayıb. Sınaqlardan sonra avtomobil problemsiz şəkildə işləməyə davam edib.
Model “BYD” şirkətinin EREV hibrid platforması üzərində inşa olunub. Yalnız batareya ilə 200 kilometr yürüş məsafəsi təqdim edən “U8L”, 2.0 litrlik turbo mühərrikin generator kimi işləməsi ilə ümumi yürüş məsafəsini 1.160 kilometrə qədər artırır. Nəhəng ölçülərə malik SUV-un uzunluğu 5.400 millimetr, eni 2.049 millimetr, hündürlüyü isə 1.921 millimetr təşkil edir.
“Yangwang U8L” yalnız möhkəmliyi ilə deyil, həm də qeyri-adi imkanları ilə seçilir. Avtomobil 30 dəqiqə suyun üzərində qala bilir, yerində 360° dönmə (tank dönüşü) funksiyasına sahibdir və “yengeç yürüyüşü” adlanan yana hərəkət qabiliyyəti ilə dar məkanlarda manevr etməyi asanlaşdırır.
Ultralüks SUV-un satış qiyməti təxminən 180 min dollar səviyyəsində müəyyən edilib.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












