Çin şirkəti sürücüsüz taksi üçün Avropaya açılır

Çinin texnologiya nəhəngi “Baidu”, sürücüsüz taksi xidməti olan “Apollo Gon”u ilk dəfə Avropada sınaqdan keçirməyə hazırlaşır. Türkiyə də şirkətin hədəf bazarları arasında yer alır.
Avtosfer.az xəbər verir ki, Çin mərkəzli internet və texnologiya şirkəti Baidu, ölkə daxilindəki sərt rəqabətə qarşı qlobal bazarlara açılma strategiyasını sürətləndirir.
ABŞ-nin “Wall Street Journal” qəzetinin xəbərinə görə, şirkət sürücüsüz nəqliyyat xidməti “Apollo Gon”u ilk dəfə Avropada sınaqdan keçirmək üzrədir və Türkiyədə də oxşar bir təşəbbüs planlaşdırır.
Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, “Baidu”, İsveçrənin ictimai nəqliyyat təminatçısı olan “PostAuto” ilə danışıqlar aparır. Şirkətin yaxın aylarda İsveçrədə yerli bir qurum yaradaraq, ilin sonuna qədər sürücüsüz avtomobil texnologiyasını test etməyə başlayacağı gözlənilir.
Eyni mənbələr “Baidu”nun Türkiyə bazarına da daxil olmağı planlaşdırdığını qeyd edir. Beləliklə, Çinli şirkət Yaxın Şərq, Yaponiya, Sinqapur və Avropadan sonra Türkiyədə də avtonom sürücülük texnologiyasını işə sala bilər.
Çinli və amerikalı şirkətlər, robotaksi və inkişaf etmiş sürücü dəstək sistemləri vasitəsilə sürücüsüz avtomobil texnologiyalarını ticariləşdirməyə çalışırlar.
Teslanın baş direktoru Elon Mask da iyun ayında Texasda robotaksi xidmətinə başlamağı planlaşdırdıqlarını açıqlamışdı.
Lakin mütəxəssislər xüsusilə Avropada robotaksi xidmətlərinin təhlükəsizlik və tənzimləmə prosesləri baxımından müxtəlif çətinliklərlə qarşılaşa biləcəyinə diqqət çəkirlər.
Morningstar analitiki Kai Vang, “Təhlükəsizlik testlərinin tənzimləyiciləri inandırması zaman ala bilər” deyə bildirib.
“Baidu”nun rəqibləri də qlobal bazarda aqressiv addımlar atır. Çinli WeRide, İsveçrə və Fransada pilot layihələrə başlayıb. Uber isə Çinli startaplar olan Momenta və Pony AI ilə birlikdə Yaxın Şərq və Avropada robotaksi əməliyyatlarını genişləndirməyi planlaşdırır.
“Baidu”nun mart ayında açıqladığı başqa bir plana görə, Dubayın şəhər mərkəzinə bu il içində 100 sürücüsüz avtomobil yerləşdirilməsi, bu sayın 2028-ci ilə qədər minə çatdırılması hədəflənir. Şirkət həmçinin dekabrda başladığı Honq Konq testlərini inkişaf etdirərək sürücüsüz avtomobillərlə sərnişin daşımağı planlaşdırır.(sherg.az)
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA












