Çində uçan taksilər fəaliyyətə başlayacaq

Çinin Mülki Aviasiya Administrasiyası artıq pilotsuz uçuş aparatlarının fəaliyyətinə sertifikat verəcək.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Çində ilk dəfə dronlarda sərnişin (uçan taksi) daşınması deməkdir.
Uçuş fəaliyyəti sertifikatı alan bu dronlar (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalıdır.
“EH216-S” uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVTOL-udur.
“EH216-S” 16 elektrik mühərriki ilə təmin olunub, iki sərnişinlik tutumu var. Yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti isə 21 dəqiqədir. Dron bu müddətdə 35 kilometr məsafə qət edə bilir.
Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Bunlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq.
İlkin mərhələdə Çinin Quançjou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.(qafqazinfo)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












