Dənizin ortasında avtomobil yolu tikildi, amma... - FOTOLAR

Fransada dənizin ortasında inşa edilən qeyri-adi avtomobil yolu sosial şəbəkələrdə və dünya mediasında böyük maraq doğurub.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, “Passage du Gois” adlanan bu yol materiklə Noirmoutier adasını birləşdirir. Lakin yolun ən maraqlı tərəfi onun günün müəyyən saatlarında tamamilə su altında qalmasıdır.
Məlumata görə, təxminən 4,5 kilometr uzunluğundakı yol yalnız su çəkiləndə istifadə edilə bilir. Suyun qalxması ilə birlikdə yol tamamilə yox olur və nəqliyyat dayanır. Bu səbəbdən sürücülər keçid saatlarına ciddi şəkildə əməl etməlidirlər.
Yerli hakimiyyət orqanları bildirirlər ki, hər il bəzi sürücülər vaxtı düzgün hesablamadıqları üçün yolda çətin vəziyyətdə qalırlar. Yol boyunca fövqəladə hallar üçün xüsusi xilasetmə qüllələri yerləşdirilib. Su səviyyəsi qalxdıqda avtomobillərini xilas edə bilməyən şəxslər bu platformalara çıxaraq kömək gözləyirlər.
Passage du Gois hazırda Fransanın ən maraqlı turistik nöqtələrindən biri hesab olunur. Xüsusilə fotoqraflar və turistlər suyun çəkildiyi anlarda ortaya çıxan yolu görmək üçün bölgəyə axın edirlər.
Mütəxəssislər bildirirlər ki, bu yol həm mühəndislik baxımından unikal layihədir, həm də təbiətin gücünü açıq şəkildə göstərən nadir nümunələrdən biri sayılır.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












