Dinozavr skeleti rekord qiymətə satıldı

Sotbi hərrac evində daha bir unikal satış həyata keçirilib. Nyu-Yorkda reallaşan satışa 70 milyon il əvvəl yaşamış dinozavrın skeleti çıxarılıb. Bioloqlar bu cür satışlardan narazıdır.
Avtosfer.az xəbər verir ki, nadir skelet 50,1 milyon dollara satılıb. Bu, hərraclar tarixində ən baha qiymətə satılan qədim canlı qalığıdır. Təqribən 70 milyon il əvvəl yaşamış teropoda aid skelet dünyada ən yaxşı qalanlardan hesab edilir. 2021-ci ildə Cənubi Dakota ştatında tapılmış fosilin 183 sümüyü var. 11,6 metrlik skeletin tamlığı 63 faizdir. Alıcının adı açıqlanmır. Bioloqlar bu cür hərracları tənqid etsələr də, Amerika Birləşmiş Ştatlarında belə satışlar leqaldır.
Hərrac evinin nümayəndəsi Kassandra Hatton deyir: “ABŞ yeganə ölkədir ki, burada fosillərin xüsusi mülkiyyətdə olmasına icazə verilir. Əgər siz mülkiyyətinizdə olan torpaqda fosil tapmısınızsa, onu sata bilərsiniz. Bir sözlə, siz dinozavr axtarırsınızsa, onu ala biləcəyiniz yeganə ölkə buradır”.
2024-cü ildə hərrac evində satışa çıxarılan steqozavrı tanınmış iş adamı 44,6 milyon dollara alaraq Nyu-York Təbiət Tarixi Muzeyinə hədiyyə edib. Bu məbləğ də həmin dövr üçün rekord idi.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












