“Distant iş insan sağlamlığına müsbət təsir edir” – PSİXOLOQ SƏBƏBLƏRİ AÇIQLADI

Ofis şəraitində işləmək insanların psixoloji sağlamlığına müxtəlif təsirlər göstərə bilər. Bu barədə mütəxəssislər bildirir ki, məsafədən şirkətlərlə çalışan şəxslərin sağlamlığı ilə əlaqədar müsbət irəliləyişlər müşahidə edilir.
Belə ki, ofisə gedərkən yolda yaşananlar, tıxac, mübahisə, istənilən bərbad görüntü işçinin psixoloji vəziyyətinə ciddi mənfi təsirlərlə nəticələnir. Belə vəziyyətdə şirkətlər bu sahədə vacib dəstək xidmətlərini təmin etməlidir.
Tanınmış psixoloq Gülnar Orucova Avtosfer.az-a verdiyi açıqlamada bu mövzuya toxunub. O bildirib ki, servis xidmətləri həm şirkətlər, həm də işçilər üçün çox önəmlidir:
"Bugünkü dünyada insanlar gündəlik streslərlə qarşılaşırlar. Hər gün müəyyən gərginliklər və stresslər yaşanır.

Bu stresslər bəzən fiziki olaraq bədəndə uzunmüddətli təsirlər yaradır. İnsanlar tıxacda qalarkən və ya sürücülərlə mübahisələr zamanı gərginlik hiss edirlər. Şirkətlərin bəziləri işçiləri üçün servis təklif edir bu da onların işə rahat getməsini təmin edir. Amma bəzi iş sahibləri işçilərinə minimal əmək haqqını belə vermirlər. Minimal əmək haqqı verməyən şirkətlərin işçilərinə servis təqdim etmələri inandırıcı deyil", – deyə psixoloq qeyd edib.
Psixoloq Avropa ilə müqayisə aparılarkən daha vacib məsələlərin önə çıxması gərəkdiyini vurğulayıb:
"Biz Avropa ilə müqayisə etməyə çalışırıq, amma bəzən yalnız xarici görünüşümüz və vərdişlərimiz üzərində dayanırıq. Avropa modelinə uyğun olmaq, sadəcə xarici görünüşlə deyil, işçilərin rifahı və təhsilə diqqət göstərilməklə də mümkündür".

Psixoloq iş yeri seçərkən uzaq məsafələrdən qaçmağın vacibliyini də qeyd edib:
"İnsanlar iş yerini seçərkən uzaq məsafələri nəzərə almalıdırlar. Uzaq məsafə, yol pulu və zaman itkisinə səbəb olur. Nəticədə, işçinin maaşı bu xərcləri qarşılamaq üçün yetərli olmur. Mən xüsusən dövlət müəssisələrində işçilərin işlərini dəyişməsinə icazə verilməsini arzu edərdim".
Bu fikirlər xüsusən də uzaq məsafədən işə gedən işçilərin psixoloji sağlamlığını qorumaq və onların rifahını təmin etmək üçün şirkətlərin daha çox dəstək xidmətləri təqdim etməli olduqlarını göstərir.
Eltac Zülfüqaroğlu
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA











