Dünya liderləri hansı avtomobilləri sürür? - FOTOSESSİYA

Dünyanın aparıcı ölkələrinin dövlət başçıları istifadə etdikləri avtomobillərlə həm təhlükəsizlik, həm də prestij baxımından fərqlənirlər.
Avtosfer.az xəbər verir ki, bu avtomobillər liderlərin şəxsi zövqlərini, təhlükəsizlik tələblərini və ölkələrinin texnoloji imkanlarını əks etdirir.
Dünya liderlərinin mindikləri avtomobilləri sizə təqdim edirik:
Azərbaycan Prezidenti İlham Əliyev yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılmış zirehli “Mercedes-Benz S-Class Guard” avtomobilindən istifadə edir. Dövlət başçısının rəsmi tədbirlərdə və səfərlərdə istifadə etdiyi bu avtomobil güclü mühərriki, gülləkeçirməz şüşələri və zirehli korpusu ilə fərqlənir. Avtomobil Prezidentin təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə xüsusi sistemlərlə təchiz olunub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı “Land Rover Defender” istifadə edir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə başçısına Türkiyədə istehsal olunan ikinci “TOGG” avtomobilini də hədiyyə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirehli “Mercedes-Maybach S600 Guard” modelindən istifadə edir. Bu avtomobil partlayış və atəşə qarşı yüksək qoruma səviyyəsinə malikdir və Prezidentin bütün səfərlərində müşayiət olunur. Türkiyədə istehsal olunan yerli “TOGG” markalı elektromobil də Prezident tərəfindən dəstəklənir və müəyyən rəsmi tədbirlərdə nümayiş olunur.

Donald Trampın prezidentliyi dövründə istifadə etdiyi avtomobil “The Beast” ləqəbli zirehli “Cadillac” limuzini olub. Bu xüsusi hazırlanmış limuzin ABŞ prezidentləri üçün nəzərdə tutulmuş ən təhlükəsiz və qabaqcıl texnologiyalarla təchiz edilmiş avtomobillərdən biridir. Ağ Ev Təhlükəsizlik Xidməti tərəfindən idarə olunan “The Beast” gülləkeçirməz şüşələr, partlayışa davamlı qoruma, kimyəvi hücumlara qarşı sistem və digər müasir müdafiə texnologiyalarına malikdir. Tramp bu avtomobildən həm rəsmi tədbirlərdə, həm də səfərlərdə istifadə edib.
Rusiya Prezidenti Vladimir Putin yerli istehsal olan zirehli “Aurus Senat” limuzinindən istifadə edir. VR10 ballistik qoruma səviyyəsinə malik bu avtomobil partlayış və yanğına davamlılığı ilə seçilir.

Şimali Koreya lideri Kim Çen İn zirehli “Mercedes-Benz S600 Pullman Guard” avtomobilinə üstünlük verir. Avtomobil yüksək təhlükəsizlik standartlarına cavab verir və komfort baxımından da fərqlənir.
Böyük Britaniya Kralı III Çarlz yalnız iki ədəd istehsal olunmuş xüsusi “Bentley State Limousine” avtomobilindən istifadə edir. Bu avtomobil əsasən rəsmi krallıq tədbirlərində xidmət göstərir.
Çin Prezidenti Si Cinpin yerli istehsal olan “Hongqi L5” markalı avtomobilə üstünlük verir. Avtomobil zirehli korpus, 20 düym təkərlər və kimyəvi hücumlara qarşı müdafiə sistemi ilə təchiz olunur.
Yaponiya Baş naziri Şigeru İşiba (Shigeru Ishiba), 2024-cü ilin oktyabrında vəzifəyə gəldikdən sonra rəsmi səfərlərində və ictimai tədbirlərdə “Toyota Century” istifadə edir. Baş nazirin rəsmi avtomobili ənənəvi olaraq yüksək təhlükəsizlik və prestij səviyyəsinə malik olur.
Bu avtomobillər dövlət başçılarının təhlükəsizliyini təmin etməklə yanaşı, onların sosial mesajlarını və simvolik mövqelərini də ifadə edir.
Eltac Zülfüqaroğlu
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO




















