Dünyada ictimai nəqliyyatın ən baha olduğu şəhər

İctimai nəqliyyat hər bir şəhərin güzgüsüdür. Onun qiymət və keyfiyyət baxımından əlçatanlığı hər bir şəhər üçün nüfuz məsələsidir.
Avtosfer.az xəbər verir ki, metropol Fransada ictimai nəqliyyat kifayət qədər işlək və əlçatan olsa da, dənizaşırı ərazilərdə vəziyyət bunun tam əksidir. Hətta bir neçə aydır iğtişaşların ara vermədiyi Yeni Kaledoniya departamentinin paytaxtı Numeada ictimai nəqliyyatın işində yaranan uzunmüddətli fasilə artıq ötən həftədən aradan qalxıb. Lakin qiymət hamı üçün əlçatan deyil.
Numeada avtobusla 1 gediş 500 Sakit okean frankıdır (CFP), yəni təxminən 9,50 manat.
Müqayisə üçün bir tərəfə gediş haqqı Londonda 3,8 manat, Parisdə 3,5 manat, Nyu-Yorkda 5,6 manatdır. Lakin bu şəhərlərdə həftəlik və aylıq bilet alarkən nəqliyyat xərci yarıbayarı azalır.
Müstəmləkə departamentdə isə nəqliyyatla bağlı güzəşt yox dərəcəsindədir. Francetvinfo saytının məlumatına görə, Numea dünyada ictimai nəqliyyatın ən baha olduğu şəhərdir.
Fransanın digər dənizaşırı ərazilərində də ictimai nəqliyyatda gediş haqqı Numeadakı kimi olmasa da, bahadır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













