Dünyanın ən çox qazanan aktyorları – ADLAR

“Forbes” jurnalının açıqladığı reytinqə görə, komediya ustası Adam Sendler (Adam Sandler) 2025-ci ildə Hollivudun ən çox qazanan aktyoru olub. Avtosfer.az xəbər verir ki, sənətçi son maliyyə ilində təxminən 48 milyon dollar gəlir əldə edərək siyahıya başçılıq edib.
Məlumata görə, Sendler 1996-cı ildə çəkilmiş məşhur idman komediyasının davamı olan “Happy Gilmore 2” filmində həm prodüser, həm də baş rol ifaçısı kimi iştirak edib. O, həmçinin Corc Kluni (George Clooney) ilə birlikdə “Jay Kelly” filmində rol alıb. Sendlerin bu layihədə ulduz aktyorun meneceri Ron Sukenik obrazını canlandırması ona “Qızıl Qlobus” (Golden Globe) mükafatında “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyası üzrə namizədlik qazandırıb.
Bununla belə, Sendlerin qazancı ötən ilin rekord göstəricisi ilə müqayisədə xeyli aşağı olub. Belə ki, 2024-cü ildə ən çox qazanan aktyor olan Dueyn Conson (Dwayne Johnson) həmin il 88 milyon dollar gəlir əldə etmişdi.
“Forbes”in məlumatına görə, Hollivudun ən çox qazanan 20 aktyorunun ümumi gəliri 590 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin 730 milyon dollarlıq nəticəsi ilə müqayisədə təxminən 20 faiz azdır.
Reytinqdə ikinci yerdə 46 milyon dollar gəlirlə Tom Kruz (Tom Cruise) qərarlaşıb. Onun qazancı əsasən “Missiya: Mümkünsüz – Son Hesablaşma” (Mission: Impossible – The Final Reckoning) filmindəki rolundan formalaşıb.
Üçüncü yeri 44 milyon dollarla Mark Uolberq (Mark Wahlberg) tutub. Ondan sonra Skarlett Yohansson (Scarlett Johansson) (43 milyon dollar) və Bred Pitt (Brad Pitt) (41 milyon dollar) gəlir (Sfera.az).
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












