Dünyanın ən isti ölkələri

Son araşdırmalar göstərir ki, dünyanın bəzi bölgələrində temperatur rekord həddə çatır və insanların gündəlik həyatına ciddi təsir göstərir.
Bəs ən isti ölkələr hansılardır?
Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, dünya meteorologiya araşdırmalarına görə, dünyanın ən isti ölkəsi Liviya hesab olunur. Ölkənin geniş səhra əraziləri, xüsusilə Əziziyyə səhrası il boyu yüksək temperaturla diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, burada orta illik temperatur 45–55 dərəcə arasında dəyişir və yay aylarında həyatın çətinləşməsinə səbəb olur. Səhraların günəş şüalarını böyük ölçüdə udması torpağın daha da qızmasına gətirib çıxarır.
Bununla yanaşı, dünyanın ən yüksək temperatur rekordu ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisində qeydə alınıb. 10 iyul 1913-cü ildə burada 56,7 dərəcə istilik müşahidə olunub. Bu göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən indiyə qədər qeydə alınan ən yüksək temperatur olaraq təsdiqlənib.
Dünyanın digər isti ölkələri arasında İran və Kuveyt də diqqət çəkir. İranda Lüt səhrasında temperaturlar yay aylarında 50 dərəcəyə yaxın olur və burada hava şəraiti insan üçün olduqca sərtdir. Kuveytin paytaxtı Əl-Kuveyt şəhərində isə 2016-cı ildə 54 dərəcə istilik qeydə alınıb ki, bu da ölkənin ən yüksək temperatur rekordudur.
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












