Əcnəbi sürücülərin Rusiyada qalma müddəti artırılır – BİZƏ TƏSİRİ

Rusiyada əcnəbi sürücülərlə bağlı yeni qaydalar hazırlanır.
Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Rusiya ilə vizasız gediş-gəlişin tətbiq olundğu ölkələrdən yük gətirən sürücülərin ölkədə qalma müddətini artırmağı planlaşdırır. Hazırda bu müddət il ərzində 90 gündür.
Nazirlik sürücülərin qalma müddətini 180 günə qaldırmaq niyyətindədir. Müvafiq təkliflər hazırlıq mərhələsindədir.
Məsələyə rus ekspertlər də müsbət yanaşıblar. Onların fikrincə, yeni qaydalar daha çox Rusiyaya qonşu ölkələrin nəqliyyat şirkətlərinin işinə yarayacaq. Çox vaxt Rusiyaya yük daşıyan xarici sürücülərin 90 günlük müddəti tamam olduğu üçün federasiyaya təkrar giriş üçün növbəti ili gözləməli olurlar.
Qərar qəbul ediləcəyi təqdirdə azərbaycanlı sürücülərin də işi asanlaşacaq. Rusiya ilə aramızda olan razılaşmalar bizim Rusiyaya, rusların isə Azərbaycana vizasız gediş-gəlişə və 90 gün qalmağa imkan verir. Sıravi insanlar üçün bu müddət kifayət etsə də, yük avtomobili sürücüləri üçün bəzən azlıq edir.
Vüqar
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












