Əksər sürücülər avtomobilindəki bu funksiyadan xəbərsizdir - ARAŞDIRMA

Gecə yollarda hərəkət edən sürücülərin ən böyük narahatlıqlarından biri arxa görüntü güzgüsündə qəfil əks olunan güclü LED faralardır.
Avtosfer.az xəbər verir ki, bu hal sürücünün gözlərini qamaşdıraraq təhlükəli vəziyyətlərə səbəb ola bilər. Lakin mütəxəssislər bildirirlər ki, avtomobillərdə mövcud olan sadə bir xüsusiyyət bu problemin qarşısını almağa kömək edir.
Söhbət arxa görünüş güzgüsündə yerləşən “gecə rejimi” və ya “anti-parıltı açarı”ndan gedir. Bu funksiya arxadan gələn güclü faraların işığını zəiflədərək göz qamaşmasını azaldır və sürmə zamanı rahatlığı artırır.
“Select Car Leasing” şirkətinin mütəxəssisi Qraham Konvey bildirib ki, bir çox sürücü bu özəlliyi hələ də tanımır:
“Əksər nəqliyyat vasitələrində arxa güzgü paz formalı şüşədən hazırlanır. Gün ərzində tam əks etdirən səth işləyir, gecə isə kiçik qolu və ya düyməni hərəkət etdirməklə daha az əks etdirən səthə keçmək mümkündür. Bu isə faraların yaratdığı parıltını xeyli azaldır”.
Bəzi yeni avtomobil modellərində isə bu funksiya avtomatik olaraq təqdim olunur. Belə güzgülər ətraf işığına uyğunlaşaraq sürücünün gözlərini qoruyur. Bununla da sürücünün önünü görməsi və qəzalardan yayına bilməsi hallarının qarşısı alınır.
Mütəxəssislər xüsusən yük maşınları və mikroavtobusların arxadan yaxınlaşdığı hallarda bu funksiyanın həyati əhəmiyyət daşıdığını bildirirlər.
Əgər “gecə rejimi” funksiyasından istifadə olunsa da parıltı problemi davam edirsə, həkimə müraciət tövsiyə olunur. Çünki bu vəziyyət bəzən göz sağlamlığı ilə bağlı problemlərə, məsələn, katarakt xəstəliyinə işarə edə bilər.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












