“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı məlum oldu

Cari ilin 10 ayında Bakı metropoliteninin “Əlçatan metro” xidmətinə 1121 sifariş daxil olub, 1113 sərnişin xidmətin imkanlarından istifadə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə azərtac-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib.
Qeyd olunub ki, “Əlçatan metro" layihəsindən istifadə etmək üçün ən azı 1, ən çoxu 24 saat əvvəlcədən metropoliten üzrə növbətçiyə (+994 50) 268 00 65 nömrəsinə zəng edə, mesaj göndərə və ya “Playmarket”dən, “Appstore”dan, “Bakumetro” tətbiqindən xidməti sifariş etmək lazımdır. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə ən azı 20 dəqiqə əvvəl məlumat verilməlidir.
Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilərlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












