Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Elektrikli nəqliyyat vasitələrində batareya ömrü ilə bağlı aparılan geniş araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, batareya diaqnostikası şirkəti “Generational” tərəfindən 36 müxtəlif istehsalçıya məxsus 8000-dən çox real batareya testi əsasında aparılan təhlil elektrikli avtomobillərin batareyalarının uzunömürlü olduğunu göstərib.
Araşdırmaya görə, batareyaların orta Sağlamlıq Vəziyyəti (SoH) göstəricisi ilkin tutumun 95,15 faizini təşkil edir. Təhlil 0 kilometrlik yeni avtomobillərdən tutmuş 12 ilədək yaşı və 257 min kilometrdən çox yürüşü olan nəqliyyat vasitələrini əhatə edib. Məlumat bazasına minik avtomobilləri ilə yanaşı, yüngül kommersiya modelləri də daxil edilib.
Nəticələr göstərir ki, avtomobilin yaşı artdıqca batareya tutumunda azalma baş versə də bu azalma gözləniləndən xeyli aşağı səviyyədədir. 4-5 yaşlı elektrik avtomobillərində orta batareya sağlamlığı 93,53 faiz, 8-9 yaşlı modellərdə isə təxminən 85 faiz səviyyəsində qeydə alınıb.
Hətta 160 min kilometrdən çox məsafə qət etmiş avtomobillərdə belə batareya sağlamlığının əksər hallarda 88–95 faiz aralığında qaldığı müəyyən edilib. Bu göstəricilər istehsalçıların təqdim etdiyi 8 il və ya 160 min kilometr zəmanət çərçivəsində nəzərdə tutulan 70 faiz həddindən xeyli yuxarıdır.
Araşdırmada diqqət çəkən məqamlardan biri də yürüşün artıq yeganə əsas göstərici olmamasıdır. Ənənəvi daxili yanma mühərrikli avtomobillərdə yürüş ümumi aşınmanın əsas meyarı sayılsa da, elektrikli avtomobillərdə vəziyyət fərqlidir. Məsələn, bəzi hallarda 145 min kilometr yürüşü olan üç illik avtomobilin batareyası 48 min kilometr yürüşü olan altı illik avtomobildən daha sağlam vəziyyətdə olub.
Mütəxəssislər bildirirlər ki, batareyanın ömrünə sürətli şarjdan istifadə tezliyi, şarj vərdişləri, batareya idarəetmə sisteminin keyfiyyəti və sürücülük tərzi ciddi təsir göstərir. Bu isə onu göstərir ki, elektrikli avtomobillərdə real vəziyyəti qiymətləndirərkən təkcə yürüş göstəricisinə əsaslanmaq düzgün yanaşma deyil.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












