Elektromobil sərnişinlərində nə üçün ürəkbulanma yaranır? - FOTO

Elektromobildən istifadə edənlər arasında ürəkbulanmadan şikayət edənlərin sayı durmadan artır. Xüsusən də sərnişinlər arasında. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Avropada araşdırma aparılıb. Məlum olub ki, səbəb sensor hisslərin pozulmasıdır.
Avtomobildə hərəkət zamanı sürücü və sərnişinlərdə narahatlıq yaranması – kinetoz – xəstəliyinin yaşı elə avtomobilin yaşı qədərdir. Bu hal daxili qulaq, gözlər və bədənin qəbul etdiyi xarici siqnallar arasında uyğunsuzluq yarandıqda baş verir.
Daxiliyanma mühərrikli avtomobildə yaranan səs, vibrasiya və ötürmələrin təkanları nəticəsində orqanizm hərəkətdə olduğunu başa düşür və bir növ rahatlıq yaranır (əlbəttə, müəyyən hədd daxilində). Lakin elektromobildə sürətlənmə daha rəvan, çevik və səssiz olduğundan beyin siqnalları qavramağa çətinlik çəkir. Nəticədə orientasiya pozulur.

Tədqiqat göstərir ki, bu halın yaranmasına səbəb insan beyninin müvafiq şəraitlə bağlı təcrübəsinin azlığıdır. Bəşəriyyət 100 ildən çoxdur ənənəvi avtomobilə öyrəşib.
Digər tərəfdən, elektromobillərə xas vibrasiya da diskomfort hissini artırır. Xüsusən də arxa oturacaqdakı sərnişinlərdə. Elektromobili təcrübəsiz sürücü idarə etdikdə, kəskin tormozlama və sürətlənmə zamanı isə sərnişinlərin vəziyyəti daha dözülməz olur.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












