Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq

ABŞ-nin Florida ştatında inşa edilən yeni avtomobil yolu elektrikli nəqliyyat vasitələrinin hərəkət zamanı simsiz şəkildə enerji yığmasına imkan verəcək. Layihənin elektrikli avtomobillər üçün şarj məntəqələrində gözləmə ehtiyacını azaltması gözlənilir.
Avtosfer.az xəbər verir ki, Central Florida Expressway Authority tərəfindən həyata keçirilən SR 516 avtomobil yolu layihəsi çərçivəsində 7 kilometrlik yolun 1,2 kilometrlik hissəsinə simsiz enerji doldurma infrastrukturu yerləşdiriləcək.
Tikintisinə 2026-cı ildə başlanması nəzərdə tutulan layihənin 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Sistem smartfonlarda istifadə olunan elektromaqnit induksiya texnologiyasının yüksək sürətlə hərəkət edən avtomobillərə uyğunlaşdırılmış versiyasından istifadə edəcək.
İlk mərhələdə texnologiyanın daha çox yüksək enerji tələbatı olan yük avtomobillərində tətbiqi nəzərdə tutulur. Aparılan sınaqlar zamanı saatda 105 kilometr sürətlə hərəkət edən elektrikli yük avtomobilinin akkumulyatoruna 190 kilovat gücündə enerji ötürülməsi uğurla həyata keçirilib.
İlkin mərhələdə sistem yalnız xüsusi avadanlıqla təchiz edilmiş sınaq avtomobilləri üçün əlçatan olacaq. Daha sonra texnologiyanın minik avtomobillərində də tətbiqi planlaşdırılır.
Yeni sistem elektrikli avtomobillərin hərəkət zamanı şarj olunmasına imkan verməklə həm şarj məntəqələrinə olan tələbatı azaltmağı, həm də elektrikli nəqliyyatın daha geniş yayılmasını sürətləndirməyi hədəfləyir. Texnologiyanın gələcəkdə avtonom avtomobillərin fasiləsiz və insan müdaxiləsi olmadan enerji toplamasına da imkan verəcəyi bildirilir.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












