Ən təhlükəli və təhlükəsiz ölkələrin reytinqi

Dünyanın ən təhlükəli ölkələrinin yeni reytinqi açıqlanıb.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, siyahıya 163 ölkənin adı salınıb.
Institute for Economics and Peace təşkilatının hazıladığı reytinqə görə, dünyanın ən trəhlükəli ölkəsi kimi 1-ci yerdə Suriya, sonrakı 3 yerdə Əfqanıstan, Şimali Sudan və İraq gəlir.
Bu reytinq hazılanarkən təhlükəsizlik qaydaları ilə bağlı 23 keyfiyyət göstəricisi əsas götürülüb.
Azərbaycan siyahıda 132-ci yerdə göstərilib. İşğalçı Ermənistan 120-ci yeri tutur.
Qonşularımızdan Rusiya bu reytinqdə 154-ci, Türkiyə 149-ci, Gürcüstan 102-ci yerdə qərarlaşıb.
Siyahıya görə, dünyanın təhlükəsiz ölkələrinin reytinqində ilk "beşlik" belədir: İslandiya. Yeni Zellandiya, Avstriya, Portuqaliya, Danimarka.
Reytinqin tərtibi üçün sosial təhlükəsizlik səviyyəsi, daxili və beynəlxalq münaqişələrin miqyası, hərbiləşdirilmə dərəcəsi, cinayətkarlığın səviyyəsi, silah idxalı və ixracı, cəmiyyətdə terror aktlarının sayı və sair nəzərə alınıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












