Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA

Daşınmaz əmlak alqı-satqısı zamanı bəzi vətəndaşlar notariat qaydasında təsdiqlənmiş müqavilə əvəzinə yalnız əl yazısı ilə tərtib edilmiş və ya qeyri-rəsmi razılaşmalara üstünlük verirlər. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda belə sənədlərin hüquqi qüvvəsi və məhkəmədə sübut kimi qəbul edilib-edilməməsi məlum olmur.
Qeyri-rəsmi alqı-satqı müqaviləsi məhkəmədə sübut kimi qəbul edilirmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatı olan, yəni çıxarışı mövcud olan ev və ya mənzil yalnız notarial qaydada alqı-satqı edilə bilər:
“Bunun başqa hüquqi yolu yoxdur. Notarial qaydada rəsmiləşdirilmədən bağlanan belə müqavilələrin hüquqi qüvvəsi olmur. Bu halda məhkəmə nəyə baxa bilər? Əgər həmin qanunsuz bağlanmış müqavilə əsasında satıcıya pul ödədiyinizi sübut edə bilirsinizsə, məhkəmə vasitəsilə həmin vəsaitin geri qaytarılmasını tələb edə bilərsiniz. Lakin bu, sizə həmin ev və ya mənzil üzərində mülkiyyət hüququ vermir. Yəni daşınmaz əmlakla bağlı heç bir hüququnuz yaranmır”.
Hüquqşünas əlavə edib ki, İkinci halda isə, evin və ya mənzilin ümumiyyətlə çıxarışı olmur:
“Bu gün də belə hallara tez-tez rast gəlinir. Məsələn, bina tikilib, lakin hələ istismara qəbul edilməyib, yaxud tikili qanunsuzdur. Belə hallarda notarius həmin alqı-satqını təsdiq etmir. İnsanlar məcbur qalıb sadə yazılı müqavilə bağlayırlar. Lakin bu cür müqavilələr də risklidir və hüquqi qüvvəyə malik deyil. Belə vəziyyətdə də alıcının əsas hüququ yalnız ödədiyi pulun geri qaytarılmasını tələb etməkdən ibarət ola bilər”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












