Ev və ofis şəraitində işləmək xəstəliklərin artmasına səbəb olur – İNFEKSİONİSTDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Qış aylarında müxtəlif xəstəliklərin yayılması halları tez-tez baş verir. İnsanlar qrip, bronxit, faringit və soyuqdəymə kimi xəstəliklərə tutulur. Soyuq aylarda xəstəliklərə yoluxma riskini artıran müxtəlif amillər mövcuddur. Məlumdur ki, qrip törədən viruslar quru və soyuq havalarda daha asan çoxalır.
Bəs qış aylarında havaların soyuq keçməməsi və qarın yağmaması infeksion xəstəliklərin artmasına səbəb ola bilər?
Mövzu ilə bağlı pediatr-infeksionist Aytən Ziyadova Avtosfer.az-a açıqlamasında bildirib ki, ilk növbədə, iqlim dəyişiklikləri mikrobların yayılmasına şərait yaradır:
“İsti və quru hava mikrobların daha asan yayılmasına səbəb olur. Bununla yanaşı, insanların daha az açıq havada olub daha çox qapalı məkanlarda toplanması infeksiyaların yayılmasını sürətləndirə bilər.

Qar yağmadığı zaman ətraf mühitdə suyun təbii dövrü pozulur, bu isə sanitariya problemlərinə və mikrobların uzun müddət canlı qalmasına yol açır. Həmçinin daha yumuşaq və sabit hava şəraiti bəzi infeksiyaların yayılması üçün əlverişli şərait yaradır.
Qış aylarında insanların evdə və ofislərdə daha çox vaxt keçirməsi də virusların və bakteriyaların yayılmasına səbəb olur”.

Həkim sonda vurğulayıb ki, bu faktorlar infeksion xəstəliklərin yayılmasına şərait yaradır və onların artmasına gətirib çıxarır:
“Xüsusilə bu qeyri-adi hava şəraitində insanlar şəxsi gigiyenaya diqqət etməli, əllərin təmizliyinə və müntəzəm havalandırmaya önəm verməlidirlər”.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












