Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Florida ştatınının Kuper-Siti şəhərində yaşayan daşınmaz əmlak sahibi evini satış prosesinin bütün mərhələlərində - qiymətin müəyyən edilməsindən tutmuş danışıqlara qədər ChatGPT-dən istifadə edərək satıb. Avtosfer.az xəbər verir ki, kişi evi daşınmaz əmlak bazarında fəaliyyət göstərən peşəkar şəxsin proqnozlaşdırdığından (954 800 dollar) 100 min dollar baha sata bilib və sövdələşmə cəmi 5 gün ərzində başa çatıb.
Robert Levin əvvəlcə süni intellektdən qeyri-rəsmi şəkildə istifadə etməyə başlayıb və ev satış prosesi ilə bağlı suallar verib.
Daha sonra bu söhbətlər kompleks strategiyanın əsasını təşkil edib. ChatGPT vasitəsilə o, satışın əsas mərhələlərini idarə edib - bazar analizi, qiymətin təyin edilməsi, reklam və danışıqlar.
Hüquqi məsələlərlə bağlı o, vəkilə müraciət edib, baxışların təşkili kimi praktiki işləri isə özü həyata keçirib. Levinin fikrincə, bu metodu texniki bilikləri dərin olmayan insanlar da istifadə edə bilər. O vurğulayıb ki, ChatGPT-dən istifadə əsasən düzgün suallar vermək və dialoq qurmaqdan ibarətdir.
Bununla yanaşı, o qeyd edib ki, mütəxəssislərin rolu aradan qalxmır, lakin süni intellekt istifadəçilərə qərarvermə prosesində daha çox inam və nəzarət imkanı verir. (Lent.az)
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












