“Ferrari”ni basdırıb sığorta şirkətini aldatmağa çalışdı, amma… - FOTO

1978-ci ildə ABŞ-nin Los-Anceles şəhərində baş verən qəribə hadisə avtomobil dünyasının ən maraqlı və sirli hekayələrindən birinə çevrilib. Bir evin həyətində basdırılmış şəkildə tapılan “Ferrari Dino 246 GTS” avtomobili illərlə gizlədilmiş sığorta dələduzluğunun simvoluna çevrildi.
Avtosfer.az xəbər verir ki, 7 fevral 1978-ci il səhəri Los-Ancelesdə günəşli günlərdən birində iki uşaq həyətdə oynayarkən yerin altında sərt bir cisimlə qarşılaşdıqlarını valideynlərinə bildiriblər. Hadisə yerinə çağırılan polis əməkdaşları qazıntı işləri apararaq 1974-cü il istehsalı “Ferrari Dino 246 GTS” modelini tapıblar. Avtomobilin yalnız bir neçə cüzi zədəsi olsa da ümumi vəziyyəti yaxşı idi. Ancaq bu dəbdəbəli maşının torpağa niyə basdırıldığı və orada necə peyda olduğu suallar doğururdu.
Araşdırmalar zamanı məlum olub ki, avtomobil ilk olaraq 1974-cü ilin oktyabrında Rosenda Kruz adlı bir santexnik tərəfindən alınıb. O, bu lüks avtomobili həyat yoldaşına hədiyyə etsə də, qadın avtomobili bəyənməyib və bir müddət sonra ondan istifadəni dayandırıb.

Avtomobilin tapılmasından cəmi iki ay sonra Kruz maşının oğurlandığını iddia edərək sığorta şirkətindən 22.500 dollar kompensasiya alıb. İstintaq dərinləşdikcə, bunun öncədən planlaşdırılmış sığorta fırıldaqçılığı olduğu üzə çıxıb. Belə ki, Kruz avtomobili oğurlamaq üçün iki nəfərlə razılaşıb. Onların məqsədi avtomobili gizlətmək və hissələrə ayıraraq satmaq olub.
Lakin plan uğursuzluğa düçar olub. Oğrular avtomobili həmin vaxt tikilməkdə olan bir yaşayış binasının həyətindəki çuxura basdıraraq üstünü örtüblər. Daha sonra isə avtomobilin dəqiq yerini tapa bilməyiblər. Bu zaman artıq sığorta şirkəti ödənişi etmişdi və Kruz fırıldaq sxemindən xilas olmuşdu.

Sığorta şirkəti sonradan avtomobilin hüquqlarını öz üzərinə götürərək “Ferrari”ni hərraca çıxarıb. Hərracda avtomobili Bred Hovard adlı şəxs cəmi 6000 dollara əldə edib. Avtomobil restavrasiya olunaraq yenidən yola qaytarılıb və uzun illər istifadə edilib.
Bu hadisə hələ də avtomobil dünyasında unudulmayan sığorta fırıldaqları və nadir tapıntılar arasında xüsusi yer tutur.

Eltac Zülfüqaroğlu
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları










