"Google" CƏRİMƏLƏNDİ

İrlandiyanın Məlumatların Qorunması Komissiyası (DPC) istifadəçilərin məkan məlumatlarının axtarış sistemi tərəfindən necə işlənməsinə dair apardığı təhqiqatın nəticəsi olaraq, "Alphabet" korporasiyasına məxsus olan "Google" şirkətini 403 milyon avro cərimələyib.
Avtosfer.az xəbər verir ki, bu barədə RTE agentliyi məlumat yayıb.
Mövcud məlumatların mühafizəsi qaydaları tələb edir ki, bu cür informasiya qanuni çərçivədə, ədalət prinsiplərinə uyğun və tam şəffaf formada işlənilsin.
İrlandiyanın müvafiq qurumunun bəyanatında qeyd olunur ki, "Google" ilə bağlı yoxlamalar zamanı bu istiqamətdə qayda pozuntuları üzə çıxıb. Bu isə o deməkdir ki, vətəndaşlar öz geolokasiyalarının reklam məqsədləri və ya maraq dairələrinin müəyyənləşdirilməsi üçün istifadə edildiyindən xəbərsiz ola, bununla da fərdi məlumatları üzərində nəzarəti itirə bilərdilər.
DPC-nin açıqlamasında bildirilir: "Bu məlumatlar rəqəmsal xidmətlərin səmərəliliyini kəskin şəkildə artırmaq potensialına malik olsa da, eyni vaxtda insan haqqında olduqca böyük həcmdə, o cümlədən sırf şəxsi xarakter daşıyan incə detalları da ifşa edə bilər".
Təhqiqat prosesinə DPC tərəfindən 2020-ci ilin fevral ayında başlanılıb. Bunan səbəb "Google"un konkret məhsul və xidmətləri çərçivəsində məkan məlumatlarını necə işlətməsi ilə əlaqədar Avropanın bir neçə istehlakçı hüquqları təşkilatından daxil olan şikayətlər olub.
Nəticədə, DPC şirkətə ümumi dəyəri 403 milyon avro olan cərimə tətbiq edib və informasiyanın işlənməsi prosesini altı ay müddətində mövcud qaydalara uyğunlaşdırmağı "Google"un qarşısında tələb kimi qoyub.
"Google" nümayəndələri isə bəyanatlarında bildiriblər ki, sözügedən hadisə artıq yenilənmiş olan köhnə qaydalarla əlaqədardır.
Şirkət rəsmisi məsələyə münasibət bildirərək qeyd edib: "2019-cu ildən etibarən iş prinsiplərimizi ciddi şəkildə təkmilləşdirərək, geolokasiya məlumatlarının idarə edilməsini daha da asanlaşdıran təhlükəsiz mexanizmlər tətbiq etmişik". (oxu.az)
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












