Gözünüz səmada olsun - Ulduz yağışı olacaq

Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək. Qeyd edək ki, sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir. Bu ecazkar astronomik hadisə zamanı planetimizin sakinləri keçən ildən fərqli olaraq, iki dəfə çox “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı saatda 80 meteorit idisə, cari ildə bu orta hesabla saatda 160 meteorit görmək mümkün olacaq. Ulduz yağışını gecə yarısından günəş doğana kimi müşahidə etmək mümkündür. Xatırladaq ki, ötən il oktyabrda da meteor axını baş vermiş, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə edilmişdi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












