Günəş sistemindən kənarda olan planetin atmosferi deşifrə edildi

Astronomlar ilk dəfə olaraq Günəş sistemimizdən kənarda olan planetin atmosferinin üçölçülü strukturunu deşifrə ediblər. Onlar Günəşdən daha böyük və daha isti bir ulduzun orbitində fırlanan ən ifrat dərəcədə isti qaz planetində üç atmosfer təbəqəsini aşkarlayıblar.
Avtosfer.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən nəhəng teleskop kompleksinin bütün dörd teleskop vahidini birləşdirərək müxtəlif kimyəvi tərkibə və güclü küləklərə malik təbəqələri aşkar ediblər və “Tylos” adlanan planet olan WASP-121b atmosferinə nəzər salıblar.
Tədqiqatçılar indiyədək Günəş sistemimizdən kənarda olan və ekzoplanet adlanan bəzi planetlərin atmosferinin kimyəvi tərkibini, şaquli quruluşunu və ya onlarda kimyəvi elementlərin tərkibini xəritələşdirmədən müəyyən edə biliblər.
WASP-121b “ultra-isti Yupiter” sayılır. O, öz ulduzuna yaxın orbitdə fırlanan və onları həddindən artıq isti edən böyük qaz planetləri sinfinə aiddir. Bu planetin atmosferi Günəş sistemimizin ən böyük planeti olan Yupiterdə olduğu kimi, əsasən, hidrogen və heliumdan ibarətdir. Lakin WASP-121b-nin atmosferi əvvəllər görülən analoqlarına bənzəmir.
Tədqiqatçılar spesifik elementlərin varlığını axtararaq üç təbəqəni fərqləndiriblər. WASP-121b-nin alt təbəqəsi dəmirin - atmosferin inanılmaz istiliyinə görə qaz halında olan metalın olması ilə xarakterizə olunurdu. Küləklər qazı planetin əbədi isti tərəfindən daha soyuq tərəfə köçürür.
Orta təbəqə natriumun olması ilə səciyyələnirdi, reaktiv axın planetin ətrafında dairəvi şəkildə saatda 70,000 kilometr sürətlə əsən və Günəş sistemindəki hər hansı küləkdən daha güclü olan hava cərəyanıdır. Üst təbəqə hidrogenə əsaslanaraq xarakterizə edilib, bu təbəqənin bir hissəsi kosmosun dərinliklərində itir.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












