Gürcüstanda 2 milyona yaxın avtomobil yerli vətəndaşlara məxsusdur

Gürcüstanda 3,1 milyon avtomobil var, onların da təxminən 2 milyonu Gürcüstan vətəndaşlarına məxsusdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib. Onun sözlərinə görə, ölkədə 3,1 milyondan çox avtomobil var və bu da yol qəzalarının başvermə ehtimalını artırır.
Nazir müavini deyib ki, 2025-ci ilin 9 ayının məlumatlarına əsasən, ölkədə Gürcüstan vətəndaşlarına məxsus 1 milyon 972 min 692 avtomobil qeydiyyatdadır. Bu ilin 9 ayında xarici ölkə vətəndaşları Gürcüstana 1 milyon 151 min 943 avtomobil idxal edib.
Daxili İşlər Nazirliyi yol hərəkəti qaydalarının pozulmasına, o cümlədən sürət həddini aşmağa və düzgün manevr etməyə görə cəzaları artıran qanun layihəsini parlamentə təqdim edib.
“Nazirlik hesab edir ki, cərimələrin artırılması Gürcüstanda yollarda ölüm hallarının azaldılması üçün qabaqlayıcı tədbirlər yaradacaq”, – deyə Daraxvelidze bildirib./azərtac
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












