Hansı avtomobil markasının sürücüləri daha yüksək IQ-yə malikdir? – ARAŞDIRMA

Avtomobil markası ilə sürücülərin intellekt səviyyəsi arasında əlaqənin olub-olmaması ilə bağlı Böyük Britaniyada aparılan araşdırma maraqlı nəticələr ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, “Freebets” platformasının Böyük Britaniya üzrə 2 min sürücünün iştirakı ilə keçirdiyi sorğuda iştirakçılar əvvəlcə IQ testindən keçirilib, daha sonra isə istifadə etdikləri avtomobil markaları müəyyənləşdirilib. Əldə olunan nəticələr əsasında markalar üzrə orta IQ göstəriciləri hesablanıb.
Araşdırmanın nəticələrinə görə, “Volvo” sürücüləri orta hesabla 115 IQ balı toplayaraq siyahıda ilk yeri tutublar. Bu göstərici dünya üzrə qəbul edilən orta IQ səviyyəsindən xeyli yüksək hesab olunur.
“Freebets”in sözçüsü Tim Aqnyu bildirib ki, cəmiyyətdə “Volvo” sürücülərinin məntiqli və təmkinli insanlar olması ilə bağlı uzun illərdir formalaşmış fikir mövcuddur. Onun sözlərinə görə, sorğunun nəticələri bu stereotipi müəyyən qədər təsdiqləyir.
Araşdırmada “Skoda” sürücüləri orta hesabla 113 bal toplayaraq ikinci yerdə qərarlaşıblar. “Tesla” və “Toyota” sürücülərinin hər biri 112 bal, “Honda” sürücüləri isə 111 bal nəticə göstərərək ilk sıralarda yer alıblar.
Digər tərəfdən, araşdırmada ən aşağı orta IQ göstəricisi “BMW” və “MINI” sürücülərində qeydə alınıb. Hər iki markanın istifadəçiləri orta hesabla 87 bal toplayıblar. “Land Rover”, “Vauxhall” və “Fiat” sürücüləri də orta göstəriciyə görə siyahının son pillələrində yer alıblar.
Bununla belə, mütəxəssislər araşdırmanın nəticələrinə ehtiyatla yanaşmağın vacib olduğunu bildirirlər. Onların fikrincə, cəmi 2 min nəfərin iştirak etdiyi sorğunun nəticələrini bütün sürücülərə şamil etmək düzgün deyil. Ekspertlər vurğulayırlar ki, insanın idarə etdiyi avtomobil markası ilə onun intellekt səviyyəsi arasında birbaşa və elmi cəhətdən tam sübut olunmuş əlaqənin mövcud olduğunu söyləmək mümkün deyil.
Qeyd edək ki, araşdırmanın nəticələri Böyük Britaniyanın “Daily Star” nəşrində dərc olunduqdan sonra avtomobil həvəskarları və sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












