Hansı təkərlə sürmək olmaz? - MARAQLI FAKT

Təkər avtomobilin aktiv təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Ən son model tormoz sistemləri belə, keyfiyyətsiz, yarasız təkərli avtomobildə heç bir işə yaramır.
Belə bir hadisənin yəqin şahidi olmusunuz: 70-ci illərin “Jiquli”sinin rahatlıqla keçdiyi sürüşkən yolda, son model Avropa avtomobili qəza törədib. Burada təqsir istehsalçıda deyil, istehlakçıdadır.
Normal, mövsümə uyğun təkəri olan avtomobil təhlükəli zonanı rahatca keçib. Bahalı avtomobil isə yararsız təkərə görə yoldan çıxıb.
Avtosfer.az xəbər verir ki, təkərin istismara yarayıb-yaramadığını bir çox halda vizual əlamətlərə görə təyin etmək mümkündür. Məsələn, protektorun naxışlarının yarıdan çoxu aşınıbsa, yaxud birtərəfli aşınıbsa, artıq bu təkər istifadəyə yararsızdır.
Şiş olan təkərlər avtomobilin balansını pozduğu üçün birbaşa təhlükə mənbəyidir. Sürücülər çox vaxt bu cür şişləri deşir, təkərə artıq hava vuraraq, yaxud kamer salaraq yoluna davam edir.
VACİB QEYD: təkərdə yaranmış şişi heç bir halda deşmək olmaz. Minik avtomobilində ciddi risk yaratmasa da, yük avtomobilinin təkərindəki şişi deşmək partlayışa və hətta ölümlə nəticələnən xəsarətə səbəb ola bilər.
Həndəsi quruluşu dəyişmiş təkərlər də işə yaramır. Bu məsələnin isə üzərində xüsusi dayanmaq lazımdır. Azərbaycanda ikinci əl təkərlərin alqı-satqısı adi haldır. Yağışın, küləyin və ultrabənövşəyi şüaların təsirinə məruz qalan, hara gəldi atılmış təkərlərdə ilk baxışda ciddi qüsur görünməsə belə, parametrlər dəyişir. Yəni, kauçuk kövrəlir, təkər “kvadrat vəziyyətinə düşür”, qalağın altında qalan təkər əyilir. Bu tip təkərləri çox vaxt balansirləmək də mümkün olmur. Eyni hal sərt çuxura düşən təkərlərə də aiddir.
İndi də işin iqtisadi tərəfinə gələk. Təkərin qiyməti avtomobilin bamperinin, qanadının və ya qapısının qiymətindən ucuzdur. Bu dediyimiz detallar zədələndikdə onun təmiri və bərpası (bəzi modellərdə axtarılıb tapılması ayrı bir mövzudur) günlərlə vaxt aparır. Amma təzə təkəri alıb dəyişmək, bir neçə saatlıq işdir. Çox vaxt bir cüt yararsız təkərə görə avtomobilə, yaxud başqasının avtomobilinə minlərlə manat xərc çəkmək lazım gəlir.
Vüqar Yaşaroğlu
Müasir avtomobillərdə sürücülərin istəmədiyi funksiyalar AÇIQLANDI
Robot insandan sürətli qaçır, amma tormozlaya bilmir – VİDEO
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA
Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ
Sükanın bu xüsusiyyəti həyat qurtara bilər – Maraqlı FAKT
Dəmir yolunda bu fasilə niyə vacibdir? – Səbəb AÇIQLANDI
Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq
Nəqliyyatın yükünü azaltmaq üçün maraqlı addım
Uşaqlarımıza sirayət etmiş Axundov düşmənliyi
Bu sürət nişanı qəzaları azaldır – Avropada yeni sistem – FOTO










