Hava taksiləri istifadəyə veriləcək

İngiltərədə hava taksi xidməti istifadəyə veriləcək.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, məşhur hava yolu şirkəti Virgin Atlantic, ABŞ-nin elektrikli hava taksiləri istehsalçısı Joby Aviation ilə bu sahədə əməkdaşlığa başlayıb.
Layihənin əsas məqsədi sıfır emissiya ilə işləyən elektrikli hava taksiləri vasitəsilə nəqliyyat sistemini yenidən formalaşdırmaq və şəhərlərarası əlaqəni daha sürətli və səssiz şəkildə təmin etməkdir. Joby Aviation tərəfindən hazırlanmış hava taksiləri bir pilot və dörd sərnişin daşıma qabiliyyətinə malikdir. Bu elektrikli uçan nəqliyyat vasitələri saatda 320 km sürətə çata və 160 km məsafə qət edə bilir. Səssiz qalxma və enmə xüsusiyyəti sayəsində şəhər mərkəzlərində də rahatlıqla istifadə edilə bilər.
Beləliklə, ənənəvi hava nəqliyyat vasitələrinin yaratdığı səs-küy probleminin qarşısı alınır.Tamamilə elektrik enerjisi ilə çalışan bu taksilər çevrə dostu və sıfır emissiyalı alternativ kimi diqqət çəkir. Şaquli qalxma və enmə xüsusiyyəti isə dar ərazilərdə belə istifadəsini mümkün edir.
Qeyd edək ki, bu nəqliyyat vasitələri uçan avtomobillər deyil – altı rotoru olan və helikopterə bənzəyən elektrikli hava gəmiləri kimi təsnif edilir. Hərəkətli rotorlardan istifadə etməklə əvvəlcə şaquli qalxış həyata keçirir, daha sonra isə irəli hərəkətə keçirlər. Bu layihə, Böyük Britaniyada hava nəqliyyatı sahəsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.(sfera.az)
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












